Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Tanınmış rejissor “xarici agent” elan edildi--:--
News
Tofiq Bəhramov stadionu təmir olunacaq--:--
News
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planla...--:--
News
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fon...--:--
News
“Trump Tower Tbilisi” Gürcüstanın paytaxtına nəzər sala...--:--
News
Tanınmış rejissor “xarici agent” elan edildi--:--
News
Tofiq Bəhramov stadionu təmir olunacaq--:--
News
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planla...--:--
News
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fon...--:--
News
“Trump Tower Tbilisi” Gürcüstanın paytaxtına nəzər sala...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Nizamidə Dövlət Suverenliyi Günü münasibətilə konfrans keçirildi

Bugün, 17:20
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Sentyabr – Azərbaycanda Dövlət Suverenliyi Günü münasibətilə “Zəfərlə ucalan Azərbaycan və suverenlikdən doğan güc” mövzusunda konfrans keçirilib.

“Hüquqinfo.az” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, geniş rayon ictimaiyyəti, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, şəhid Cavid Manafovun anası Natəvan İbrahimova, Vətən müharibəsi qəhrəmanı polkovnik- leytenant Zaur Hüseynov və rayon gəncləri adından Azərbaycan Universitetinin tələbəsi Adəm Quliyev konfransda çıxış ediblər.

Qeyd olunub ki, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini ölkənin bütün ərazisində, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə tam bərpa etdi. Üçrəngli bayrağımız bütün suveren torpaqlarımızda dalğalandı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə ölkəmizin çoxəsrlik tarixində tamamilə yeni, keyfiyyətcə fərqli bir mərhələyə qədəm qoydu, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaradıldı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin milli maraqlarına əsaslanan müdrik siyasəti sayəsində Azərbaycan bütün kənar təzyiqləri dəf edərək öz hüquqlarını beynəlxalq müstəvidə qorudu, qlobal miqyasda ədalətin, beynəlxalq hüququn aliliyinin müdafiəçisi kimi çıxış etdi.

Prezidentin rəhbərliyi ilə Azərbaycan xalqı bu gün öz tarixində ən qürurlu dövrünü yaşayır. Cənubi Qafqazın lider dövləti və əsas söz sahibi olan ölkəmiz daha güclü, təhlükəsiz və rifah içində yaşayacaq yeni Azərbaycan naminə sülh siyasətini çox uğurla davam etdirir.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi Zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına qazanılmış ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Tanınmış rejissor “xarici agent” elan edildi

News thumbnail
siyaset

İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO

News thumbnail
siyaset

Gələcəyin birlik modeli

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Cəlilabadda suyun verilişi bərpa olunub

Bugün, 18:36
News thumbnail
Bugün
siyaset

Gələcəyin birlik modeli

Bugün, 18:35
News thumbnail
Bugün
dunya

Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib

Bugün, 18:34
News thumbnail
Bugün
idman

Almaniya Futbol İttifaqının prezidenti İnfantinonun vəzifədən ayrılmalı olduğunu bildirib

Bugün, 18:29

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

“Onları “Real”a gətirmək istərdim”

Bugün, 18:25
News thumbnail
Bugün
siyaset

Qaradağda “Əsrin müqaviləsi” ilə bağlı tədbir keçirildi

Bugün, 18:20
News thumbnail
Bugün
siyaset

Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq

Bugün, 18:14
News thumbnail
Bugün
iqtisadiyyat

“F-35”lər həmin raketlərlə təchiz olunacaq

Bugün, 18:10
News thumbnail
Bugün
siyaset

Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron

Bugün, 18:07
News thumbnail
Bugün
iqtisadiyyat

Türkiyə İranın "Mahan Air" şirkətinin uçuşlarını dayandıracaq

Bugün, 18:04
News thumbnail
siyaset

Qaradağda “Əsrin müqaviləsi” ilə bağlı tədbir keçirildi

News thumbnail
siyaset

Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq