
Hüquqinfo.az bildirir ki,
Bakıda daha bir ərazidə fərdi avtomobillərə minib-düşmək üçün xüsusi dayanacaq yaradılıb.
“Hüquqinfo.az” Hüquqinfo.az-a istinadən xəbər verir ki, artıq metronun “20 Yanvar” stansiyası yaxınlığında, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin binasının yanında sərnişinlərin avtomobilə minməsi və düşməsi üçün yol nişanı quraşdırılıb.
Xatırladaq ki, daha əvvəl sözügedən ərazidə durmaq qadağan idi və bu səbəbdən sürücülər cərimələnirdilər, sərnişinlər isə müvafiq ünvanda maşına minib-düşməkdə çətinlik çəkirdilər.









