Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı--:--
News
Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim p...--:--
News
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da da...--:--
News
"Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru ...--:--
News
Bu ölkə prezidenti sevinir: ABŞ ordusu gəlir!--:--
News
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı--:--
News
Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim p...--:--
News
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da da...--:--
News
"Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru ...--:--
News
Bu ölkə prezidenti sevinir: ABŞ ordusu gəlir!--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

“Ən yaxın Şərq” layihəsi fəaliyyətə başladı

Bugün, 15:35
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın informasiya məkanında keyfiyyətcə yeni mərhələnin əsasını qoymağı hədəfləyən, Yaxın Şərq regionunun çoxəsrlik mədəni, tarixi və bədii irsini dərindən araşdırıb oxuculara çatdıracaq ixtisaslaşmış media orqanı - ArabAZ (“Ən yaxın Şərq”) layihəsi rəsmi olaraq fəaliyyətə başlayıb.

Layihənin təsisçisi və rəhbəri, tanınmış jurnalist və analitik Rufiz Hafizoğludur. Uzun illərdir regionun tarixi, geosiyasəti, ictimai və mədəni dinamikası üzrə apardığı araşdırmalarla tanınan Hafizoğlu bildirib ki, layihənin əsas qayəsi Azərbaycan oxucusuna Yaxın Şərqi quru siyasi polemikalar və qarşıdurmalar prizmasından deyil, onun əsl ruhunu təşkil edən fəlsəfəsi, klassik və müasir ədəbiyyatı, zəngin sənət mühiti kontekstində tanıtmaqdır.

Platformanın yaradılmasında başlıca məqsəd Şərq mədəniyyəti ilə Azərbaycan oxucusu arasında mövcud olan tarixi-mənəvi telləri bərpa etmək, iki coğrafiyanın ədəbi və fəlsəfi baxışlarını müasir media standartlarına uyğun formada birləşdirməkdir. Resurs, auditoriyaya ötəri və şablon informasiya axını əvəzinə, hər biri dərin araşdırmaya söykənən elmi-kütləvi təhlillər və analitik esselər təqdim etməyi hədəfləyir.

ArabAZ-da ərəb və Şərq dünyasının mədəni palitrasını bütün çalarları ilə əks etdirən geniş spektrli rubrikalar fəaliyyət göstərir:

Tarix lenti və Tarixdə bu gün: Regionun keçmişinə işıq salan, dönüş nöqtəsi sayılan hadisələri və unudulmuş tarixi qatları günbəgün oxucuya çatdıran xronoloji tədqiqatlar;

Ədəbi irs və Kitab icmalları: Klassik ərəb nəsrindən tutmuş dünya ədəbiyyatının incilərinə qədər müxtəlif əsərlərin fəlsəfi təhlilini, mütaliə mədəniyyətini aşılayan analitik baxışlar;

Kino və İncəsənət: Şərq kinematoqrafiyasının estetikası, teatr ənənələri, vizual sənət cərəyanları və kino təhlilləri;

Musiqi və Folklor: Ərəb xalq mahnılarının arxa planı, muğam və klassik Şərq musiqisinin paralelləri, Şərq vokal məktəbinin görkəmli simaları ilə Azərbaycan musiqi sənəti arasındakı müqayisəli etüdlər;

Şəhərlər və Memarlıq abidələri: Qədim Şərq şəhərlərinin sivilizasiya tarixindəki izi, İslam memarlığının incəlikləri və urbanistik mədəniyyət.

Rufiz Hafizoğlunun sözlərinə görə, ArabAZ təkcə gündəlik xəbər oxunan sayt deyil, eyni zamanda düşüncə mərkəzi, intellektual müzakirə məkanı və region üzrə etibarlı mənbə olacaq. Platformada yer alacaq bütün materiallar dilimizin saflığına, leksik və qrammatik norma qaydalarına ciddi riayət edilməklə, oxucunun zövqünü oxşayan zəngin bir dildə təqdim olunur.

Müasir texniki tələblərə cavab verən dizaynı, oxunaqlı tərtibatı və zəngin vizual həlli ilə seçilən portal artıq geniş oxucu auditoriyasının istifadəsinə verilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

News thumbnail
dunya

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

News thumbnail
dunya

Azərbaycanda Yaxın Şərqin mədəniyyət və intellektual irsini işıqlandıran yeni media resursu fəaliyyətə başladı

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Bugün, 16:06
News thumbnail
Bugün
dunya

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

Bugün, 16:02
News thumbnail
Bugün
idman

"Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur

Bugün, 16:02
News thumbnail
Bugün
cemiyyet

Aygün Kazımovanın mükəmməl görünüşünün sirri

Bugün, 16:02

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bugün, 15:58
News thumbnail
Bugün
iqtisadiyyat

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

Bugün, 15:58
News thumbnail
Bugün
cemiyyet

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Bugün, 15:57
News thumbnail
Bugün
cemiyyet

Qatarda sərnişinlər ayaqyolunda dayanıb?

Bugün, 15:55
News thumbnail
Bugün
siyaset

Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 48 %-ə yaxın artıb

Bugün, 15:52
News thumbnail
Bugün
cemiyyet

Sabahdan bu stansiyalara giriş ödənişsiz olacaq

Bugün, 15:52
News thumbnail
dunya

Tramp ABŞ-ın silah-sursat qıtlığı ilə üzləşdiyi iddialarını yalanlayıb

News thumbnail
dunya

Tramp ABŞ-ın rekord sayda silah-sursat ehtiyatlarına sahib olduğunu bildirib