Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Cəmiyyət

"Azərişıq" 9 ayda azad edilmiş ərazilərdə 1 100 transformator təmir edib | Hüquqinfo.az

15 okt, 13:52
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Bu ilin yanvar-sentyabr aylarında "Azərişıq" ASC Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 100 transformator təmir edib.

"Hüquqinfo.az"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov bu gün işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyət azad olunmuş ərazilərdə işləri davam etdirir: "Belə ki, işğal dövründə həmin ərazilərdəki şəhərlər, kəndlər dağıdılıb. Azad edilmiş ərazilərdə yeni yarımstansiyaların inşası ilə bağlı işlər görülür".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.