










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları topladığını, həmin dövlətlərin də Vaşinqton barəsində eyni fəaliyyəti həyata keçirdiyini bildirib. Bu barədə o, Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp qeyd edib ki, Çin və Rusiyanın ABŞ-ni izləməsi təbii prosesdir və Vaşinqton da buna cavab olaraq analoji addımlar atır. Dövlət başçısı vurğulayıb ki, ABŞ kəşfiyyat sahəsində daha uğurlu fəaliyyət göstərir.
Bununla belə, ABŞ lideri hansı konkret məlumatların toplandığını və bu müzakirələrin kiminlə aparıldığını açıqlamayıb.









