










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Böyük Britaniya əksər qanuni miqrantların daimi yaşayış icazəsi almaq üçün ölkədə yaşamalı olduğu minimum müddəti iki dəfə artıraraq 5 ildən 10 ilə çatdırmağı planlaşdırır. Bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, daimi yaşayış statusu ölkənin verə biləcəyi ən qiymətli hüquqlardan biridir və bundan sonra onu qazanmaq lazım gələcək. Təklif olunan dəyişikliklərə əsasən, illik gəliri 50 min funt sterlinqdən çox olan miqrantlar, həmçinin səhiyyə və təhsil işçiləri üçün mövcud beşillik müddət qorunub saxlanılacaq. İllik gəliri 125 min funtdan çox olan şəxslər isə cəmi üç ildən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər.
Hüquqinfo.az-ın məlumatına görə, digər kateqoriyadan olan qanuni miqrantlar üçün gözləmə müddəti 10 ilə qədər artırılacaq. Qeyri-qanuni miqrantlar və viza rejimini pozanlar üçün isə bu müddət 20 ildən 30 ilə qədər təşkil edə bilər. Britaniya Daxili İşlər Nazirliyi hesab edir ki, yeni qaydaların tətbiqi üçün ayrıca qanunun qəbul edilməsinə ehtiyac yoxdur.









