
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, dİN-in Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 14-də Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüsünü yayıb.
BDYPİ-dən Axar.az-a verilən məlumata görə, oktyabrın14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volksvagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib.
"Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır", - məlumatda deyilir.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
