
Hüquqinfo.az bildirir ki,
Başqırdıstanda quyuda hidrogen-sulfid sızması nəticəsində bir nəfər ölüb və altı nəfər zərər çəkib.
"Hüquqinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Aurqazi rayonunda, Çubaytau kəndi yaxınlığında baş verib.
"İşimbay sexinin quyularının birində hidrogen-sulfid sızması qeydə alınıb. Hadisə nəticəsində bir nəfər ölüb, daha altı nəfər zərər çəkib", - açıqlamada bildirilib.









