
Hüquqinfo.az bildirir ki,
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb.
Məlumata görə, sənədi ABŞ-də Litvanın milli müdafiə naziri Robertas Kaunas və "Mach Industries"in prezidenti Natan Diller imzalayıblar.
"Mach Industries" şirkəti pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat vasitələrinin imkanlarını inkişaf etdirir. Biz artıq Ukraynada real müharibə şəraitində sınaqdan keçirilmiş pilotsuz sistemlərin Litvada istehsalına çalışacağıq", - R.Kaunas bildirib.
Qeyd olunub ki, təşəbbüs üç strateji məqsədi birləşdirir: Litvanın müdafiə sənayesinin gücləndirilməsi, ABŞ ilə transatlantik tərəfdaşlığın inkişaf etdirilməsi və Ukraynaya uzunmüddətli dəstək.








