
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın yerli bürosu xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb.
İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra onun yaxınları itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məlumata görə, Bərdə sakini Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.










