
Hüquqinfo.az bildirir ki,
Axar.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə sentyabrın 17-də saat 17:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. 225 millimetrlik su borusunda yaranan nasazlıq nəticəsində boru deşilib.
Qəza ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Suyun axmasının qarşısı alınıb və ərazidə mühafizə tədbirləri görülüb.









