
Hüquqinfo.az bildirir ki,
Qarabağ Universitetində idman müəllimi işlədiyi iddia olunan Faiq Məmmədovun dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumat yayılıb.
Hədə-qorxu ilə tələb etmə və əxlaqsız hərəkətlərdə ittiham olunan 33 yaşlı şəxsin 11 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.
Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Hüquqinfo.az”ya bildirilib ki, Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.










