Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razıla...--:--
News
İrina Ağalarova biznes qurdu - Foto--:--
News
Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni h...--:--
News
Pilotların dava etdiyi həmin təyyarədən--:--
News
Azərbaycanın yeni BARS dronu - Foto--:--
News
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razıla...--:--
News
İrina Ağalarova biznes qurdu - Foto--:--
News
Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni h...--:--
News
Pilotların dava etdiyi həmin təyyarədən--:--
News
Azərbaycanın yeni BARS dronu - Foto--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Bugün, 16:52
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Hüquqinfo.az”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib.

Bildirilib ki, Böyük Bəhmənli kənd sakini olan Məhəbbət hadisə günü toyda iştirak edib və daha sonra sərxoş halda yaşadığı evə gedib. Bu zaman o, atası Aydın Talıbovun toyun keçirildiyi məkanda narahatlıq keçirdiyini və xəstəxanaya aparıldığını öyrənib.

Məhəbbət dərhal özünü xəstəxanaya çatdırıb və təcili yardım şöbəsinin həkiminin yerində olmadığını görüb. O, sərxoş halda xəstəxananın kardioloqu ilə dalaşıb, ona zərbələr endirərək söyüb. Həmçinin araya girərək tərəfləri sakitləşdirməyə çalışan xadiməyə hücum edərək yumruq-təpiklə zərbələr endirib.

Nəticədə xadimə sağ trapesvari sümüyünün sınığı, qapalı kəllə beyin travması, boyunun sağ yan səthinin, sağ çiyinüstü və sağ körpücüküstü, döş qəfəsinin ön səthinin sağ yarısının hematomaları ilə müşayiət olunan qançırları, sol gözaltı nahiyəsinin hematoması ilə müşayiət olunan sol almacıqüstü nahiyənin qançırı, sol budun aşağı 3/1-nin ön yan səthinin hematoması və qançırı xəsarətləri alıb.

Məhkəmədə M.Talıbov törətdiyi əməli etiraf edib və özünü qismən təqsirli bilib. Füzuli Rayon Məhkəməsi onun “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı əsasında cinayət məsuliyyətindən azad edilməsinə və cinayət işi üzrə icraata xitam verilməsinə qərar verib.

Qeyd edək ki, Məhəbbət Talıbov Vətən müharibəsi şəhidi Məhəmməd Talıbovun qardaşıdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Azərbaycanın yeni BARS dronu - Foto

News thumbnail
cemiyyet

Azərbaycanın yeni “ŞAHİN-E” PUA-sı fasiləsiz bir saat uça bilir

News thumbnail
cemiyyet

Azərbaycan insansız özüyeriyən silahlı platforma istehsal edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Azərbaycanın turizm potensialı Brüsseldəki beynəlxalq sammitdə təqdim olunub

Bugün, 16:51
News thumbnail
Bugün
siyaset

Azərbaycan İƏT-in Ticarət üzrə İşçi Qrupunun 27-ci iclasında iştirak edib

Bugün, 16:50
News thumbnail
Bugün
son xeberler

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Bugün, 16:47
News thumbnail
Bugün
siyaset

İran səfiri Gürcüstan XİN-ə çağırılıb

Bugün, 16:47

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

ADEX 2026-da ilk dəfə Azərbaycanın kamikadze tipli Arrow 3 dronu sərgilənib

Bugün, 16:45
News thumbnail
Bugün
dunya

Zelenski cəbhə xəttinə getdi - Video

Bugün, 16:45
News thumbnail
Bugün
dunya

Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalanıb

Bugün, 16:43
News thumbnail
Bugün
dunya

ADEX 2026-da Azərbaycanın yeni istehsal etdiyi avtomat silahı nümayiş etdirilib

Bugün, 16:41
News thumbnail
Bugün
dunya

Narkotik testlərinin nəticələri açıqlandı

Bugün, 16:40
News thumbnail
Bugün
dunya

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb

Bugün, 16:40
News thumbnail
cemiyyet

Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub

News thumbnail
cemiyyet

Kiyevə hücumda azərbaycanlı həlak oldu