Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Voleybol oyununa görə "Turan Tovuz" - "İmişli" matçının...--:--
News
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyi...--:--
News
Terrorizm yer üzündən silinməlidir – Ben-Qvir--:--
News
Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının ...--:--
News
"Gəncə" basketbol klubu Avropa Kuboku oyunlarını doğma ...--:--
News
Voleybol oyununa görə "Turan Tovuz" - "İmişli" matçının...--:--
News
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyi...--:--
News
Terrorizm yer üzündən silinməlidir – Ben-Qvir--:--
News
Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının ...--:--
News
"Gəncə" basketbol klubu Avropa Kuboku oyunlarını doğma ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Azərbaycanın turizm potensialı Brüsseldəki beynəlxalq sammitdə təqdim olunub

Bugün, 16:51
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın qədim İpək Yolu irsindən müasir dağ-xizək kurortlarınadək uzanan ilboyu səyahət imkanları Brüsseldə keçirilən "Euronews Travel & Tourism Summit 2026" sammitində beynəlxalq auditoriyaya təqdim olunub.

Bildirilib ki, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid sammit çərçivəsində "Azərbaycan: İpək Yolundan xizək yamaclarınadək" sessiyasında və "Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ" panel müzakirəsində Azərbaycanın turizm imkanlarından bəhs edib.

Azərbaycanın Avropa ilə Asiya arasında təbii qovşaq kimi mövqeyi, zəngin tarixi-mədəni irsi və turizm məhsulları ölkənin beynəlxalq səyahətçilər üçün cəlbediciliyini artıran əsas üstünlüklər kimi önə çıxarılıb.

"Azərbaycan ziyarətçilərə bir səfər çərçivəsində qədim tarix, zəngin mədəniyyət, müasir şəhər həyatı, dağ mənzərələri və qış turizmini bir arada kəşf etmək imkanı verir. Avropa ilə genişlənən birbaşa hava əlaqələri isə ölkəmizi beynəlxalq səyahətçilər üçün daha əlçatan edir", - deyə F.Zenqstşmid bildirib.

Azərbaycanın beynəlxalq səyahətçilər üçün əlçatanlığının genişlənməsi də sammitdə önə çıxarılan mövzulardan olub. 2027-ci il mayın 8-dən Bakı-Brüssel marşrutu üzrə birbaşa uçuşların başlanmasının Avropa bazarından Azərbaycana səyahət imkanlarını genişləndirəcəyi bildirilib. Elektron viza sistemi və sadələşdirilmiş səyahət prosedurları da ölkəyə səfərlərin daha rahat planlaşdırılmasına imkan yaradır.

"Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ" panelində Qırğızıstanın Belçikadakı səfiri və ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Aidit Erkin, həmçinin Çin Xalq Respublikasının Avropa İttifaqındakı missiyasının nazir-müşaviri Su Chen də iştirak edib. Panel çərçivəsində artan bağlantılılığın beynəlxalq səyahətlərə təsiri və yeni turizm marşrutlarının inkişaf perspektivləri müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın genişlənən hava əlaqələri və Şərqlə Qərb arasında strateji mövqeyinin ölkənin beynəlxalq turizm əlaqələrinin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdırıb.

Azərbaycanın qış turizmi imkanları da sammitdə xüsusi diqqət çəkən istiqamətlərdən biri olub. "Şahdağ" Turizm Mərkəzində 2027-ci il martın 5-dən 7-dək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Dünya Kuboku yarışlarının keçirilməsi Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması və ölkənin dağlıq regionlarına səyahətlərin təşviqi baxımından əlavə imkanlar yaradır.

Azərbaycanın turizm təklifinin yalnız Bakı ilə məhdudlaşmadığı, ölkənin regionlarının da ziyarətçilərə müxtəlif təcrübələr təqdim etdiyi vurğulanıb. İpək Yolu irsi, qədim yaşayış məntəqələri, dağlıq ərazilər, zəngin təbiət və yerli icmaların mədəni ənənələri Azərbaycanın regionlarını fərqli səyahət təcrübələri axtaran turistlər üçün cəlbedici istiqamətlərə çevirir. Cənubi Qafqazda əməkdaşlığın genişlənməsi isə gələcəkdə bir neçə ölkəni əhatə edən yeni turizm marşrutlarının formalaşması üçün imkanlar yarada bilər.

Turizmin regionların inkişafına və yerli iqtisadiyyata töhfəsinin artırılması da Azərbaycanın uzunmüddətli turizm prioritetləri sırasında yer alır. "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində regionlarda turizm infrastrukturunun təkmilləşdirilməsi, mikrosahibkarlığın dəstəklənməsi və sektorun iqtisadi töhfəsinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Florian Zenqstşmid turizmdə əsas məqsədin yalnız ziyarətçi sayını artırmaq deyil, onların Azərbaycanda qalma müddətini və yerli iqtisadiyyata töhfəsini də yüksəltmək olduğunu bildirib.

Sammit iştirakçıları Azərbaycanın turizm imkanları ilə yanaşı, ölkənin zəngin mətbəxi ilə də tanış olublar. Tərəfdaşlıq çərçivəsində təşkil olunan "Pasport Azərbaycan" ("Passport to Azerbaijan") adlı işgüzar naharda Azərbaycan mətbəxinin seçilmiş nümunələri təqdim edilib. Təqdimat iştirakçılara ölkənin qastronomik irsini və qonaqpərvərlik ənənələrini dadlar vasitəsilə kəşf etmək imkanı yaradıb.

"Euronews"un televiziya, yayım və "YouTube" platformaları daxil olmaqla qlobal şəbəkəsi vasitəsilə canlı yayımlanan sammit Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platforma rolu oyanyıb. Beynəlxalq auditoriyaya çıxış əldə edən sammit "Euronews"un aylıq 400 milyondan çox istifadəçini əhatə edən qlobal şəbəkəsi vasitəsilə qlobal miqyasda geniş görünürlük qazanıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Pilotların dava etdiyi həmin təyyarədən

News thumbnail
dunya

Zelenski cəbhə xəttinə getdi - Video

News thumbnail
dunya

Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalanıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Azərbaycanın yeni BARS dronu - Foto

Bugün, 17:00
News thumbnail
Bugün
cemiyyet

Azərbaycanın yeni “ŞAHİN-E” PUA-sı fasiləsiz bir saat uça bilir

Bugün, 16:55
News thumbnail
Bugün
son xeberler

Azərbaycanın “BORAN” bombardir PUA-sı ilk dəfə nümayiş etdirilib - FOTO

Bugün, 16:54
News thumbnail
Bugün
son xeberler

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Bugün, 16:52

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Bugün, 16:52
News thumbnail
Bugün
son xeberler

Azərbaycan istehsalı olan “İTX-15M” personal və silah daşıyıcıları nümayiş etdirilib

Bugün, 16:51
News thumbnail
Bugün
son xeberler

Azərbaycanın PUA-sı ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib

Bugün, 16:51
News thumbnail
Bugün
siyaset

Azərbaycan İƏT-in Ticarət üzrə İşçi Qrupunun 27-ci iclasında iştirak edib

Bugün, 16:50
News thumbnail
Bugün
son xeberler

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Bugün, 16:47
News thumbnail
Bugün
siyaset

İran səfiri Gürcüstan XİN-ə çağırılıb

Bugün, 16:47
News thumbnail
dunya

ADEX 2026-da Azərbaycanın yeni istehsal etdiyi avtomat silahı nümayiş etdirilib

News thumbnail
dunya

Narkotik testlərinin nəticələri açıqlandı