Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 ml...--:--
News
Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləş...--:--
News
Saxlanıldığı deyilirdi, xaricdə imiş--:--
News
Şamaxıda üzümçülük və şərabşılıqla bağlı konfrans keçir...--:--
News
İyirminin mistikası...--:--
News
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 ml...--:--
News
Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləş...--:--
News
Saxlanıldığı deyilirdi, xaricdə imiş--:--
News
Şamaxıda üzümçülük və şərabşılıqla bağlı konfrans keçir...--:--
News
İyirminin mistikası...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib

Bugün, 14:43
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Laçın şəhərində uşaqlar üçün kompleks tibbi müayinə və maarifləndirici aksiyası keçirilib.

Bildirilib ki, aksiya zamanı institutun ixtisaslaşmış həkim heyəti – pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks müayinələrini aparıblar. Səhhətində problem aşkarlanan uşaqlara yerində tibbi məsləhət verilib, profilaktik baxış keçirilib və lazım gəldikdə müalicə təyin edilib.

Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, inkişaf göstəricilərinə baxılıb və mümkün problemlərin erkən aşkarlanması diqqət mərkəzində saxlanılıb. Səhhətində hər hansı sapma və ya problem müəyyən edilən uşaqlara yerində peşəkar tibbi məsləhətlər verilib, profilaktik baxış aparılıb və lazım gəldikdə müvafiq müalicə təyin olunub. Bu yanaşma sayəsində ailələr uşaqlarının sağlamlıq vəziyyəti barədə operativ məlumat əldə edib və lazımi tədbirləri dərhal görə biliblər.

Tədbir ərzində 70-ə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib. Azyaşlılardan tutmuş məktəb yaşlı uşaqlara qədər müxtəlif yaş qrupları əhatə olunub. Belə kompleks baxışlar Böyük Qayıdış proqramı çərçivəsində yeni məskunlaşmış ərazilərdə uşaqların səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq və sağlam inkişafını dəstəkləmək məqsədi daşıyır.

Müayinələrdən sonra valideynlər üçün xüsusi maarifləndirici sessiya təşkil edilib. İnstitutun həkimləri mövsümi xəstəliklər, respirator virus infeksiyaları və uşaqlarda qəbizlik mövzularında ətraflı təqdimatlarla çıxış ediblər. Qripin simptomları və profilaktikası, qripə bənzər əlamətlərə səbəb ola bilən digər xəstəliklər, uşaqlarda respirator virus xəstəliklərinin müalicə prinsipləri, eləcə də körpələrdə qəbizliyin səbəbləri və qarşısının alınması yolları barədə dəqiq məlumat verilib.

Bundan əlavə, yoluxucu xəstəliklərin qarşısının alınması üçün Milli peyvənd təqviminə uyğun olaraq körpələrin vaxtında vaksinasiyasının vacibliyi xüsusi vurğulanıb. Valideynlərə uşaqların hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçmək, hər gün fiziki aktiv olmaq və düzgün qidalanmaq tövsiyə edilib. Sessiya sonunda valideynləri maraqlandıran bütün suallar cavablandırılıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib

News thumbnail
cemiyyet

Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər

News thumbnail
cemiyyet

“Kənd uşaqlarının təhsili niyə məsul şəxsləri maraqlandırmır?”

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

Bugün, 15:23
News thumbnail
Bugün
dunya

ABŞ Çexiyanı NATO-nun kollektiv müdafiəsinə töhfəsini artırmağa çağırıb

Bugün, 15:22
News thumbnail
Bugün
siyaset

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

Bugün, 15:21
News thumbnail
Bugün
dunya

Türkiyə və İsrail ordularınun qəribə müqayisəsi

Bugün, 15:16

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib

Bugün, 15:15
News thumbnail
Bugün
siyaset

“Ermənistanın belə təxribatçı fəaliyyəti rasizm elementidir”

Bugün, 15:15
News thumbnail
Bugün
iqtisadiyyat

12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür

Bugün, 15:11
News thumbnail
Bugün
siyaset

Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya

Bugün, 15:09
News thumbnail
Bugün
cemiyyet

Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər

Bugün, 15:06
News thumbnail
Bugün
siyaset

Hacıqabulda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi olacaq

Bugün, 15:05
News thumbnail
cemiyyet

Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək

News thumbnail
cemiyyet

"Karvan-Yevlax" Ruslan Voronsovla yollarını ayırıb