
Hüquqinfo.az bildirir ki,
25 sentyabr saat 17:53-də Bakı metropoliteninin “Memar Əcəmi” – “20 Yanvar” mənzilində sərnişin(kişi) qatar yoluna tullanıb.
Bildirilib ki, hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb.
“Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.
Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur”, - deyə məlumatda qeyd edilib.






