
Hüquqinfo.az bildirir ki,
Əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olan Marina Vladi 1938-ci il mayın 10-da Fransanın Klişi şəhərində rus mühacir ailəsində anadan olub. O, Fransa və Avropa kinosundakı rolları, eləcə də ədəbi fəaliyyəti sayəsində şöhrət qazanıb.
Marina Vladi şair, aktyor və bard Vladimir Vısotskinin həyat yoldaşı olub. Karyerası ərzində aktrisa onlarla filmdə rol alıb və Kann Film Festivalında ən yaxşı qadın roluna görə mükafata layiq görülüb. O, sözügedən mükafatı 1963-cü ildə "Evlilik həyatı" filmindəki roluna görə alıb.






