
Hüquqinfo.az bildirir ki,
“Sevdiğim Sensin” serialındakı rolu ilə son dövrdə diqqət mərkəzində olan aktrisa Helin Kandemir və futbolçu Dorukhan Toköz münasibətlərinə ikinci şansı veriblər.
“Hüquqinfo.az” xəbər verir ki, ötən ay sosial media hesabında birgə fotosunu paylaşaraq sevgisini elan edən cütlük cəmi bir ay sonra yollarını ayırmışdı.
Onların sosial şəbəkədə bir-birini izləmədən çıxarması ayrılıq xəbərlərini təsdiqləmişdi.
“Fatih Karagümrük”də çıxış edən Dorukhan Toköz ilə Helin Kandemirin küsülülüyü uzun çəkməyib. Ötən həftə barışdıqları iddia edilən cütlük aralarındakı buzların əridiyini sosial mediadakı paylaşımları və bir-birinə yazdıqları rəylərlə nümayiş etdiriblər.






