
Hüquqinfo.az bildirir ki,
Moldovanın müdafiə naziri Anatolie Nosatıy səhər saatlarında ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) reaktiv mühərrikli olduğunu bildirib.
Nazirin sözlərinə görə, söhbət saat 10:26-da tanınmamış Dnestryanı bölgə üzərindən Moldovanın hava məkanına daxil olan drondan gedir.
“Hazırda Soroki istiqamətində hərəkət edir. Bu, reaktiv drondur, onun sürəti saatda təxminən 400 kilometrdir”, – Anatolie Nosatıy bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında başqa bir dron da Moldovanın hava məkanından keçdikdən sonra Anenii-Noy rayonunun Hirbovets kəndindən kənarda yerə düşərək partlayıb.
Moldova Baş Polis Müfəttişliyinin məlumatına görə, həmin dron rabitə xəttinin dayağı ilə toqquşduqdan sonra 40 metr yüksəklikdə partlayıb.










