
Hüquqinfo.az bildirir ki,
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında fiziki və psixoloji problemlər olub.
Bu barədə "Hüquqinfo.az"a bölgə təmsilçisinin yeni baş məşqçisi Röyal Nəcəfov açıqlama verib.
"Heyətdə mövqelər baxımından futbolçu keyfiyyəti yaxşıdır. Amma biz gələndə komandada fiziki və psixoloji problemlər var idi. Bunları zamanla həll etməyə çalışırıq. Bir az da say baxımından az futbolçumuz var. Heyətə yeni futbolçular qatmaq istəyirik. Bunları gerçəkləşdirəndən sonra hədəfə çata bilərik".
"Danışıqlar bir az vaxt apardı. Amma sonra ortaq məxrəcə gələ bildik. Bu mövsüm üçün ilk növbədə komandanı I Liqada saxlamaq, əzmkar, mübariz kollektiv formalaşdırmaq istəyirik. Bacardığımız qədər yuxarı pillələrə qalxmaq da məqsədimizdir. Növbəti illərdə hədəf daha böyük olacaq. Hər kəsin hədəfi ən yüksək olur. Məndə də elədir. Azla kifayətlənmək istəmirik. Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, "Xankəndi" Röyal Nəcəfovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.









