
Hüquqinfo.az bildirir ki,
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Axura kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.
“Hüquqinfo.az” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirlib ki, hadisə yerinə nazirliyin Şərur Rayon Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Cəfər İsa oğlu Abbasov və 1990-cı il təvəllüdlü Nuran Cəfər oğlu Abbasovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.





