
Hüquqinfo.az bildirir ki,
Ölkə ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri Qarabağ regionu üzrə davam etdirilib.
"Hüquqinfo.az"un Qarabağ bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən Ağcabədi rayonunun Təzəkənd kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndlənməsi həyata keçirilir.
Peyvəndləmə tədbirlərinin əsas məqsədi kənd təsərrüfatı heyvanları arasında dabaq xəstəliyinin yayılmasının qarşısının alınması, heyvanların sağlamlığının qorunması və təsərrüfatlarda bioloji təhlükəsizliyin təmin edilməsidir.
Qeyd edilib ki, dabaq xəstəliyinə qarşı ölkə üzrə həyata keçirilən profilaktik peyvəndləmə tədbirləri ödənişsiz əsaslarla həyata keçirilir.









