Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı--:--
News
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradıla...--:--
News
AMEA: Gəncəsər monastırı ətrafında yaradılan kampaniya ...--:--
News
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərd...--:--
News
Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər--:--
News
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı--:--
News
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradıla...--:--
News
AMEA: Gəncəsər monastırı ətrafında yaradılan kampaniya ...--:--
News
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərd...--:--
News
Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq

Bugün, 18:39
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Alban-udi kilsəsi vaxtilə erməni kilsəsinin tabeliyinə veriləndə hətta insanlar doğma kilsədə ibadətdən uzaqlaşmışdılar.

Bu barədə "Hüquqinfo.az"un Yuxarı Şirvan bürosuna açıqlamasında Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Qafqaz Albaniyasına məxsus xristian abidələrinin və tarixi irsin mənimsənilməsi ilə bağlı məsələyə dair bəyanat da yayılıb:

"Vaxtilə bizim kilsəni erməni kilsəsinin tabeliyinə verəndə elə bir vəziyyət yaranıb ki, hətta doğma kilsədə ibadətdən uzaqlaşmışıq. Azərbaycan müstəqillik qazandıqdan sonra dünyaya göstərmişik ki, Alban kilsəsinin erməni kilsəsi ilə bağlılığı yoxdur. Bizim öz doğma dilimiz, dini kitablarımız olub. Kitablar və kilsələr də tarixi Alban kitab və kilsələridir".

"Alban irsinin saxtalaşdırılması dedikdə doğma kilsənin memarlıq üslubunun dəyişdirilməsi nəzərdə tutulur. Həmçinin kilsəyə xas olmayan simvolik elementlərin, xaçların gətirilərək yerləşdirilməsi, qapının dəyişdirilməsi də buna aiddir. Əgər biz Alban çarı Cavanşiri qəbul ediriksə, onun kilsələr qurduğunu da qəbul etməliyik. Həmin kilsələr dünya alimləri və turistlər üçün də böyük əhəmiyyət daşıyır. Bura bizim tarixi yerimizdir. Biz burada yaşamışıq".

İcma sədri Azərbaycanda Alban irsinin qorunması istiqamətində bərpa işlərinin aparıldığını da vurğulayıb:

"Bu gün məqsədimiz Alban kilsələrini bərpa etməkdir. Bunun bariz nümunəsi Kiş məbədi və Məryəm kilsəsidir. Qarabağda da bərpa işləri davam edir. Prezident İlham Əliyev də bu barədə çıxışlarında bildirib və qeyd edib ki, ermənilər buradan birdəfəlik çıxmalıdırlar".

O, Alban irsinin saxtalaşdırılması cəhdlərinə qarşı ən effektiv mübarizənin Azərbaycan ərazisində Alban Apostol Kilsəsinin bərpa olunması olduğunu söyləyib:

"Onun din xadimi olmalıdır. Gələcəkdə bu din xadimi mədəni irsin sahibi olmalıdır. Onun icması olmalıdır və buna başqa heç bir xristian ölkəsi göz dikməməlidir".

Robert Mobili əsas mesajının erməni kilsəsinə və məsələnin siyasiləşdirilməsinə yönəldiyini bildirib.

İcma sədri Qafqaz Albaniyasının tarixi və Alban-Udi irsinin gələcək nəsillərə ötürülməsi üçün əsas addımların kilsələrin bərpası, din xadimlərinin yetişdirilməsi və turizmin cəlb edilməsi olduğunu da söyləyib: "Bu irsi doğmalaşdırmalıyıq".

Qeyd edək ki, bu gün Azərbaycan Alban-Udi xristian dini icması Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistanda verilən reaksiya ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının üzvlərinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhval-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınadığı qeyd olunub.

"Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, eləcə də sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın baş naziri Nikol Paşinyanın və digər yüksək vəzifəli rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etməsi tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpus nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

News thumbnail
cemiyyet

Əməkdar artist komaya düşdü

News thumbnail
cemiyyet

Cəlilabadda suyun verilişi bərpa olunub

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Əməkdar artist komaya düşdü

Bugün, 19:44
News thumbnail
Bugün
dunya

Bakıda kişi arvadını marketdə, autizm​li övladının göz qarşısında döydü

Bugün, 19:35
News thumbnail
Bugün
siyaset

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü

Bugün, 19:35
News thumbnail
Bugün
son xeberler

100 il əvvələ qayıdırıq

Bugün, 19:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

"Neftçi" Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Bugün, 19:23
News thumbnail
Bugün
dunya

Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur

Bugün, 19:22
News thumbnail
Bugün
siyaset

Abşeronda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər müzakirə olunub

Bugün, 19:10
News thumbnail
Bugün
siyaset

Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Bugün, 19:07
News thumbnail
Bugün
siyaset

Tanınmış rejissor “xarici agent” elan edildi

Bugün, 19:05
News thumbnail
Bugün
dunya

ABŞ "LUKOIL"un xarici aktivlərinin satışı üçün lisenziyanı uzadıb

Bugün, 19:01
cemiyyet

“20 Yanvar”dakı bu yerdə də maşından rahat düşüb-minəcəksiniz

News thumbnail
cemiyyet

Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir