
Hüquqinfo.az bildirir ki,
Axar.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub.
Bildirilir ki, Ruslan Məmmədxanov iki azyaşlı uşaq atası olub. Şahidlərin sözlərinə görə, qatarın maşinisti hadisədən əvvəl səs siqnalından istifadə edib. Lakin bu, faciənin qarşısını almağa kifayət etməyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.










