Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Əliyev Berdiməhəmmədovu təbrik etdi--:--
News
Formula 2-də birinci əsas yarışın qalibi müəyyənləşdi--:--
News
"Standard Chartered": Azərbaycanda bir sıra qurumlarla ...--:--
News
Ovni Muradov yeni vəzifəyə təyin olundu--:--
News
Ötən gün vəzifədən azad olunmuşdu--:--
News
Əliyev Berdiməhəmmədovu təbrik etdi--:--
News
Formula 2-də birinci əsas yarışın qalibi müəyyənləşdi--:--
News
"Standard Chartered": Azərbaycanda bir sıra qurumlarla ...--:--
News
Ovni Muradov yeni vəzifəyə təyin olundu--:--
News
Ötən gün vəzifədən azad olunmuşdu--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır

Bugün, 14:45
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan iqtisadiyyatında son illərin mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun imkanlarının genişləndirilməsidir.

Axar.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu siyasətin mərhələsini müəyyənləşdirir:

“Burada təbii resursların səmərəli istifadəsi, müasir sənayenin formalaşdırılması və dəyərin ölkə daxilində artırılması bir-birini tamamlayan məqsədlər kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri proqramın konkret zaman çərçivəsinə və maliyyə təminatına malik olmasıdır. 2027–2030-cu illər üçün nəzərdə tutulan tədbirlər mərhələli şəkildə həyata keçiriləcək. Dövlət başçısının vurğuladığı kimi, son dövrdə qəbul olunan dövlət proqramlarının fərqləndirici cəhəti onların konkret, qısamüddətli və icra mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsidir. Bu yanaşma dağ-mədən və metallurgiya kimi böyük investisiya tələb edən sahə üçün xüsusi əhəmiyyət daşıyır.

Proqramın qarşıya qoyduğu hədəflər bu sahənin ölkə iqtisadiyyatındakı rolunun necə dəyişəcəyini göstərir. Qarşıya qoyulmuş məqsədlər üçün dörd il ərzində 5,3 milyard manat investisiya tələb olunur. Bu miqyas dağ-mədən və metallurgiyanın iqtisadi siyasətin mühüm sənaye istiqamətinə çevrildiyini göstərir”.

Millət vəkili Prezident İlham Əliyevin yeni sənaye ekosisteminin yaranması barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini xüsusi vurğulayıb:

“Dağ-mədən sektorunun inkişafı hasilatla yanaşı, zənginləşdirmə, emal, logistika, enerji təminatı və digər əlaqəli sahələrdə də iqtisadi fəallığın yüksəlməsinə şərait yaradacaq. Prezidentin çıxışında beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması proqramın sosial-iqtisadi əhəmiyyətini göstərir. Regionlarda yeni məşğulluq imkanlarının yaranması sənaye layihələrinin ərazi inkişafına təsirini artıracaq. Bu proses ölkənin əvvəlki illərdə formalaşdırdığı infrastruktur və institusional imkanlar üzərində qurulur. Enerji təminatının gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, maliyyə, vergi və gömrük sistemlərində aparılan islahatlar yeni sənaye layihələri üçün əlverişli mühit yaradıb. Deməli, Dövlət Proqramı uzun illər ərzində həyata keçirilən iqtisadi siyasətin yeni nəticə mərhələsidir. Dövlət başçısının çıxışının ümumi məntiqi göstərir ki, Azərbaycan iqtisadiyyatında təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır. Məqsəd mövcud imkanları yalnız hasilat göstəriciləri ilə ölçmək deyil, onların ölkənin sənaye gücünün artırılmasına xidmət etməsini təmin etməkdir. 2027–2030-cu illər üçün nəzərdə tutulan proqram məhz bu baxımdan qeyri-neft sənayesinin möhkəmləndirilməsi, yeni istehsal imkanlarının yaradılması və iqtisadi artımın daha geniş bazaya söykənməsi istiqamətində mühüm addım kimi diqqəti cəlb edir”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Rəsmi Bakı: Gürcüstan Patriarxlığına Ermənistan kilsəsinin yanaşmalarını təkrarlaması məsləhət görülmür

News thumbnail
cemiyyet

Bakının yollarında Formula 1 həyəcanı davam edir

News thumbnail
cemiyyet

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO - YENİLƏNİB

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verildi

Bugün, 15:30
News thumbnail
Bugün
siyaset

Bir qrup hərbi qulluqçu təltif edilib

Bugün, 15:29
News thumbnail
Bugün
dunya

Ayuna Nechaeva: Azərbaycan yaxşı kapitallaşmış ölkədir, kapital çatışmazlığı yoxdur

Bugün, 15:29
News thumbnail
Bugün
cemiyyet

Rəsmi Bakı: Gürcüstan Patriarxlığına Ermənistan kilsəsinin yanaşmalarını təkrarlaması məsləhət görülmür

Bugün, 15:29

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib

Bugün, 15:28
News thumbnail
Bugün
siyaset

Azərbaycanda təhsil naziri vəzifəsindən azad edildi

Bugün, 15:28
News thumbnail
Bugün
siyaset

Allahverən İsmayılova general-leytenant hərbi rütbəsinin verilib

Bugün, 15:27
News thumbnail
Bugün
son xeberler

XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinin ruhuna ziddir

Bugün, 15:24
News thumbnail
Bugün
siyaset

Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları "brutto müqavilə" sisteminə qoşulub

Bugün, 15:24
News thumbnail
Bugün
iqtisadiyyat

UKEF: Azərbaycanla strateji layihələr üzrə əməkdaşlığı genişləndirmək istəyirik

Bugün, 15:23
News thumbnail
cemiyyet

NZS qəsəbəsində yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB

News thumbnail
cemiyyet

Bakıda anbarda güclü yanğın başladı - Foto