










Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Böyük Britaniyanın ixrac krediti agentliyi - "UK Export Finance"ın (UKEF) Avropa və Amerika regionları üzrə biznesin inkişafı və layihələrin cəlb edilməsi üzrə mütəxəssisi Natalia Sergeeva Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"Silk Way West Airlines" ilə bağlı ilk əməkdaşlığımız Böyük Britaniya məhsullarının, imkanlarının və maliyyələşdirməsinin yerli ehtiyacları dəstəkləmək, eyni zamanda şaxələnməyə və yerli sənayenin gücləndirilməsinə töhfə vermək üçün necə tətbiq oluna biləcəyinin bariz nümunəsi idi. Bundan sonra əsas məqsəd gələcəyi qurmaqdır. Biz strateji və milli əhəmiyyət kəsb edən layihələri dəstəkləməkdə, yerli maraqlı tərəflərlə - həm dövlət, həm də özəl sektorla daha dərin əlaqələr qurmaqda çox maraqlıyıq" - deyə o qeyd edib.
Bundan başqa, UKEF rəsmisi deyib ki, qurum Azərbaycandakı layihələr üçün 5 milyard funt-sterlinqlik kredit limiti ayırıb: "Azərbaycanın makroiqtisadi göstəriciləri yaxşıdır. Hazırda ölkədəki layihələri dəstəkləmək üçün 5 milyard funt-sterlinq kredit limitimiz var. Bunun kiçik bir hissəsini, 20 milyon ABŞ dollarını "Silk Way West" layihəsinə ayırmışıq. Deməli, milli və strateji əhəmiyyətli layihələrə öz kapitalımızı və Britaniya təchizat zəncirini cəlb etmək üçün geniş imkanlar var. Biz beynəlxalq podratçılar və müxtəlif tərəfdaşlarla işləyə, Böyük Britaniya payının necə cəlb olunacağını nəzərdən keçirə bilərik. Odur ki, bunun üçün erkən mərhələdə dialoqa başlamağı təşviq edirik və növbəti müzakirələrin bir hissəsi olmaq istərdik. Ölkənin iddialarını və məqsədlərini dəstəkləmək üçün kifayət qədər geniş imkanlar var".






