Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Mikheil Khidureli: Azərbaycan qazı 16 ölkənin enerji tə...--:--
News
Bakıda tıxaca görə bu yolda svetoforlar quraşdırıldı - ...--:--
News
Ərdoğan: Məkkə ittifaqı İrana və İsrailə qarşı yaradılm...--:--
News
BSTDB: Orta Dəhliz üzrə ümumi investisiya çatışmazlığı ...--:--
News
Hindistanda torpaq sürüşməsi: 30 ev dağıldı – Video--:--
News
Mikheil Khidureli: Azərbaycan qazı 16 ölkənin enerji tə...--:--
News
Bakıda tıxaca görə bu yolda svetoforlar quraşdırıldı - ...--:--
News
Ərdoğan: Məkkə ittifaqı İrana və İsrailə qarşı yaradılm...--:--
News
BSTDB: Orta Dəhliz üzrə ümumi investisiya çatışmazlığı ...--:--
News
Hindistanda torpaq sürüşməsi: 30 ev dağıldı – Video--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

"Standard Chartered": Azərbaycanda bir sıra qurumlarla yeni maliyyələşmə imkanlarını müzakirə edirik

Bugün, 15:39
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Standard Chartered Bank” Azərbaycanda bir sıra qurumlarla müxtəlif layihələrin maliyyələşdirilməsi imkanları ilə bağlı danışıqlar aparır.

“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində panel müzakirəsində “Standard Chartered Bank”ın Development & Agency Finance üzrə icraçı direktoru Desislava Radeva bildirib.

Desislava Radeva qeyd edib ki, Azərbaycan güclü maliyyə mövqeyinə və enerji sektorunda formalaşmış təcrübəyə malikdir və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində proses artıq davam edir.

“Azərbaycandakı bir sıra qurumlarla artıq işləyirik və onlarla hansı istiqamətlərdə dəstək göstərə biləcəyimizi müzakirə edirik”, – Desislava Radeva bildirib.

Desislava Radevanın sözlərinə görə, “Standard Chartered Bank” kommersiya banklarından əlavə maliyyələşmənin cəlb edilməsinə, UK Export Finance (UKEF) kimi ixrac-kredit agentlikləri və çoxtərəfli maliyyə institutlarının imkanlarından istifadə etməklə risklərin azaldılmasına, maliyyələşmənin müddətinin uzadılmasına və şərtlərin daha cəlbedici olmasına kömək edə bilər.

Desislava Radeva bildirib ki, bu cür maliyyələşmə modelləri Azərbaycanda da tətbiq oluna bilər. Xüsusilə nəqliyyat, mədənçilik, bərpa olunan enerji, su və digər iri infrastruktur layihələrində ixrac-kredit agentliklərinin, inkişaf maliyyə institutlarının və kommersiya banklarının birgə iştirakı imkanları mövcuddur.

Desislava Radeva nümunə kimi “Standard Chartered Bank”ın bu il Qazaxıstanda tamamladığı üç iri əməliyyatı göstərib. Bunlardan biri Orta Dəhliz çərçivəsində Qazaxıstanın dəmir yolu şirkətinin layihəsinin maliyyələşdirilməsi olub. Layihənin maliyyələşdirilməsində IFC, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və “Standard Chartered Bank” birlikdə iştirak edib.

Desislava Radeva digər iri əməliyyat çərçivəsində Qazaxıstan üzrə yol layihələrinin maliyyələşdirilməsinə 800 milyon ABŞ dolları həcmində vəsaitin yönəldildiyini bildirib. Zəmanət mexanizminin tətbiqi bu həcmdə uzunmüddətli maliyyələşmənin cəlb edilməsinə imkan verib.

Desislava Radeva vurğulayıb ki, belə strukturlar Azərbaycanda da təkrarlana bilər. UKEF-in iştirakı xüsusilə nəqliyyat və mədənçilik kimi layihələrə Böyük Britaniya təcrübəsinin və təchizat zəncirinin cəlb edilməsinə, MIGA və digər beynəlxalq maliyyə institutlarının iştirakı isə yerli komponentin daha yüksək olduğu layihələr üçün uzunmüddətli maliyyələşmənin təşkilinə imkan yarada bilər.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski

News thumbnail
siyaset

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

News thumbnail
siyaset

Netanyahu çıxış edəndə əksəriyyət buna görə getdi...

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

“Kristal”da güzəştli kredit şərtləri: illik 8%-dən başlayan şərtlər – ƏTRAFLI

Bugün, 16:02
News thumbnail
Bugün
son xeberler

Rəsmi Bakıdan Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı

Bugün, 16:02
News thumbnail
Bugün
son xeberler

Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına

Bugün, 16:02
News thumbnail
Bugün
cemiyyet

"LANDAU Lions" məşqçilər korpusuna Səbuhi Hacıyevi cəlb edib

Bugün, 16:01

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Bakıdakı tədbirdə iştirakçılar pilot oldu - Video

Bugün, 15:58
News thumbnail
Bugün
dunya

Azərbaycan və Tacikistan Asiyadan Avropaya yaşıl rəqəmsal dəhliz qura bilər

Bugün, 15:55
News thumbnail
Bugün
idman

"Mercedes"in nümayəndəsi: Bakıdakı təsnifat mərhələsində çox şey təkərlərdən asılıdır

Bugün, 15:55
News thumbnail
Bugün
dunya

“Sanki yanlış məscidi sökürlər, sökülənə oxşamır...”

Bugün, 15:55
News thumbnail
Bugün
siyaset

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Bugün, 15:54
News thumbnail
Bugün
iqtisadiyyat

Böyük Britaniyanın bankı Azərbaycanın nəqliyyat və bərpa olunan enerji imkanları ilə maraqlanır

Bugün, 15:53
News thumbnail
siyaset

Əliyev Berdiməhəmmədovu təbrik etdi

News thumbnail
siyaset

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi