
Hüquqinfo.az bildirir ki,
ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yarada biləcəyini istisna etmir.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Konqresə ötürülən məxfi sənədlərdə ABŞ kəşfiyyatının Səudiyyə Ərəbistanının nüvə silahı proqramının inkişaf etdirilməsi ehtimalını istisna etmədiyini göstərən qiymətləndirmələri yer alır.
Qeyd edilir ki, Prezident Donald Trampın krallığın dinc nüvə proqramını dəstəkləmək barədə razılığı bəzi qanunvericilər arasında narahatlıqları artırıb. Onlar hesab edirlər ki, bu, Ər-Riyadın nüvə başlığı hazırlamasını asanlaşdıra və Yaxın Şərqdə silahlanma yarışına səbəb ola bilər.
ABŞ Konqresinin Demokratlar partiyasından olan üzvləri düşünür ki, Vaşinqton və Ər-Riyad arasında uranın 20%-ə qədər zənginləşdirilməsinə imkan verən razılaşma bəzi radioaktiv materialların hərbi məqsədlər üçün yönləndirilməsinə gətirib çıxara bilər.









