










Hüquqinfo.az bildirir ki,
İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlamasından bəri yaralanan Amerika hərbçilərinin sayı 861 nəfərə çatıb.
Dərc olunmuş məlumata görə, fevralın sonlarında İrana qarşı başlayan "Epik qəzəb" əməliyyatı zamanı 418 ABŞ hərbçisi yaralanıb, 14-ü isə həlak olub. ABŞ rəsmiləri əməliyyatın mayın 5-də başa çatdığını elan ediblər.
Bundan əlavə, Pentaqon 7 iyuldan bəri xarici əməliyyatlar zamanı dəyən itkiləri ayrıca hesablayır. Bu məlumatlara görə, beş ABŞ hərbçisi həlak olub, 443-ü yaralanıb. Bu əməliyyatların keçirildiyi yerlər dəqiqləşdirilməyib.










