Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Yaponiyada “Dutszyuan” tayfunu nəticəsində ölənlərin sa...--:--
News
XİN rəhbəri: Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi ...--:--
News
“Ərazilərinin minalarla genişmiqyaslı çirkləndirilməsi ...--:--
News
Nazir BMT-də TRIPP-in region üçün əhəmiyyətini açıqladı--:--
News
Əraqçi: ABŞ Hörmüz boğazının açılmasını istəyirsə, İran...--:--
News
Yaponiyada “Dutszyuan” tayfunu nəticəsində ölənlərin sa...--:--
News
XİN rəhbəri: Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi ...--:--
News
“Ərazilərinin minalarla genişmiqyaslı çirkləndirilməsi ...--:--
News
Nazir BMT-də TRIPP-in region üçün əhəmiyyətini açıqladı--:--
News
Əraqçi: ABŞ Hörmüz boğazının açılmasını istəyirsə, İran...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib

Bugün, 07:54
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə təxminən 400 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib.

"Hüquqinfo.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyi, eyni qaydada, inkişaf və humanitar yardım sahəsindəki fəaliyyətlərimizdə əksini tapır: "Azərbaycan son illər ərzində xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrikada tərəfdaş ölkələrə diqqət yetirərək, beynəlxalq yardımının əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib.

İnkişaf Hüququna dair Bəyannamənin 40-cı ildönümünü qeyd etdiyimiz məqamda Azərbaycan həmrəylik, qarşılıqlı hörmət və ortaq inkişaf prioritetlərinə əsaslanan tərəfdaşlıq yanaşmalarına sadiqliyini bir daha təsdiqləyir.

2030-cu il yaxınlaşdıqca, dünyanın Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqində hədəfdən geri qaldığı daha aydın görünməkdədir.

Azərbaycan bağlantılar, "yaşıl inkişaf", rəqəmsallaşma və dayanıqlı şəhərsalma inkişafına xüsusi diqqət yetirməklə, Dayanıqlı İnkişaf Məqsədlərini özünün milli inkişaf strategiyalarına, institusional çərçivələrinə və eləcə də Könüllü Milli Hesabat proseslərinə inteqrasiya edərək, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə tam sadiqdir.

Son iki onilliyə yaxın müddətdə Azərbaycanın ÜDM-i üç dəfə artıb, yoxsulluq səviyyəsi isə 49 %-dən təxminən 5 %-ə enib. Eyni zamanda, Azərbaycan dünyada ən aşağı xarici dövlət borcu səviyyələrindən birinə malik ölkədir.

Bizim yanaşmamız həmçinin səmərəli və məsuliyyətli təsisatlar vasitəsilə dayanıqlı inkişafın irəli aparılmasını əhatə edir. Azərbaycanın təşəbbüsü ilə 30 mart 2026-cı il tarixində BMT-nin İnsan Hüquqları Şurası tərəfindən "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə üçüncü dəfə konsensus əsasında qəbul edilib. 100-dən çox üzv dövlətin həmmüəllifi olduğu qətnamə, vətəndaşyönümlü, şəffaf və səmərəli dövlət institutlarının insan hüquqlarının inkişafı və Dayanıqlı İnkişaf Məqsədlərinə doğru tərəqqinin sürətləndirilməsində mühüm rolunu vurğulayır".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

XİN rəhbəri: Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi dünyanın aparıcı tədarükçülərindəndir

News thumbnail
iqtisadiyyat

“Azərbaycan 140-dan çox ölkəyə 400 milyon dollar yardım göstərib”

News thumbnail
iqtisadiyyat

“Azərbaycan Ermənistanı strateji əhəmiyyətli neft məhsulları ilə təmin edir”

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Qaradağ rayonunda palçıq vulkanı püskürüb - VİDEO

Bugün, 08:18
News thumbnail
Bugün
iqtisadiyyat

“Azərbaycan 140-dan çox ölkəyə 400 milyon dollar yardım göstərib”

Bugün, 08:18
News thumbnail
Bugün
huquq

Qaradağda vulkan püskürdü

Bugün, 08:17
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub

Bugün, 08:15

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Qaradağ rayonunda vulkan püskürüb

Bugün, 08:15
News thumbnail
Bugün
son xeberler

Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur

Bugün, 08:15
News thumbnail
Bugün
siyaset

Pezeşkian Tramp ilə görüşün şərtini açıqlayıb

Bugün, 08:12
News thumbnail
Bugün
dunya

NASA "Crew-13" missiyasını buraxılışa hazırlayır

Bugün, 08:12
News thumbnail
Bugün
siyaset

“COP29-un təşkili ilə iqlim fəaliyyətlərimiz bitməyib”

Bugün, 08:10
News thumbnail
Bugün
siyaset

Avropaya hücum üçün əsasımız yoxdur - Putin

Bugün, 08:00
News thumbnail
iqtisadiyyat

Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

News thumbnail
iqtisadiyyat

Reuters: ABŞ Ukraynaya ayrılmış 400 milyon dolların istifadəsini təmin edəcək