
Hüquqinfo.az bildirir ki,
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısı və əlaqədar avadanlığın mümkün satışına razılıq verib.
Axar.az xəbər verir ki, satış paketinin təxmini dəyəri 24,3 milyard dollardır. Paketə 49 mühərrik, ehtiyat hissələri, proqram təminatı, təlim və texniki-logistik dəstək daxildir.
Açıqlamaya görə, mümkün satış Səudiyyə Ərəbistanının müdafiə imkanlarını və ABŞ qüvvələri ilə qarşılıqlı fəaliyyətini gücləndirəcək, regiondakı hərbi tarazlığı isə dəyişməyəcək. Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” şirkətləridir.








