Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğ...--:--
News
Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nə...--:--
News
Tramp açıqladı: İranın taleyi həll edilir, yaxın vaxtda...--:--
News
Prezidentin nümayəndəsi Xocavəndə qayıdanların sayını--:--
News
İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib--:--
News
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğ...--:--
News
Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nə...--:--
News
Tramp açıqladı: İranın taleyi həll edilir, yaxın vaxtda...--:--
News
Prezidentin nümayəndəsi Xocavəndə qayıdanların sayını--:--
News
İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Almaniya avtomobil sənayesi dünyada mövqelərini itirir

Bugün, 17:29
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki bu, bu gün gün dərc olunan “Ernst & Young” (EY) konsaltinq şirkətinin araşdırmasında əksini tapıb.

Məlumatlar göstərir ki, Almaniya istehsalçıları gəlirlərin azalması, mənfəətin kəskin düşməsi və “rentabelliyin sürətlə azalması” ilə üzləşirlər. Xüsusilə “Volkswagen”, BMW və “Mercedes” hələ də sənaye üçün mühüm əhəmiyyət daşıyan Çin bazarında mövqelərini sürətlə itirməkdə davam edir.

EY-nin məlumatına görə, 2026-cı ilin ilk yarısında Almaniyanın avtomobil konsernlərinin gəlirləri 2,9 faiz azalaraq təxminən 284 milyard avroya düşüb. Eyni zamanda, dünyanın 19 ən iri avtomobil konserninin ümumi gəliri 3,6 faiz artaraq təxminən 1,048 trilyon avroya çatıb.

Yapon konsernləri gəlirlərini 7,9 faiz, digər Avropa istehsalçıları 9,8 faiz, ABŞ konsernləri 4,5 faiz, Çin şirkətləri isə 0,9 faiz artırıb. Ölkələr üzrə müqayisədə Almaniya istehsalçıları sonuncu yerdə qərarlaşıb.

Araşdırmanın məlumatına görə, ilin ilk altı ayında “Volkswagen”, BMW və “Mercedes” şirkətlərinin orta rentabelliyi 5,5 faizdən 4,6 faizə düşüb. Sənaye üzrə 10 illik orta göstərici 5,9 faiz təşkil edir. Ancaq bir neçə il əvvəl isə Almaniya konsernləri ikirəqəmli rentabelliyə nail olurdular.

Almaniyanın üç aparıcı avtomobil şirkəti birlikdə 13 milyard avrodan bir qədər çox mənfəət əldə edib. Bu, 2017-ci ildən bəri ikinci ən aşağı göstəricidir. Yalnız 2020-ci ildə - COVID-19 pandemiyasının ilk ilində - ilin ilk yarısında mənfəət daha aşağı olub.

“Alman avtomobil sənayesi rentabellik böhranı yaşayır”, - deyə AFP EY eksperti Konstantin Qallın (Constantin Gall) sözlərini sitat gətirib. O bildirib ki, “Almaniya istehsalçıları təkcə bazar paylarını deyil, hər şeydən əvvəl gəlirliliklərini itirirlər”.

Onun qiymətləndirməsinə görə, bunun səbəbləri təkcə yüksək əməkhaqları deyil, həmçinin enerji daşıyıcılarının qiymətləri və Almaniyadakı bürokratik xərclərdir. O vurğulayıb ki, ölkədə istehsal getdikcə daha az sərfəli olur: “Buna görə də Almaniya konsernləri daha cəlbedici regionlara köçməklə vəziyyətdən çıxış yolu axtarırlar”.

ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları ilə yanaşı, Almaniyanın avtomobil sənayesi üçün digər problem Çində bazarın inkişaf xüsusiyyətləridir. Qallın sözlərinə görə, “bazar son dərəcə yüksək rəqabətlə xarakterizə olunur, zəif iqtisadi şərait fonunda bahalı premium avtomobillər yaxşı satılmır, böyüməkdə olan elektromobil seqmentində isə çinli alıcılar yerli brendlərə üstünlük verirlər”.

Çin bazarı Almaniya şirkətləri üçün böyük əhəmiyyət daşıyır. Bu bazar olmadan digər regionlarda gəlirlərin itirilməsini qısa müddətdə kompensasiya etmək son dərəcə çətin olacaq. Ötən il “Volkswagen”, “Mercedes” və BMW-nin qlobal satışlarında Çinin payı 28,9 faizdən 23,5 faizə düşüb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Tramp açıqladı: İranın taleyi həll edilir, yaxın vaxtda...

News thumbnail
dunya

İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib

News thumbnail
dunya

Bu ölkə Rusiya ilə bütün risklərə hazırlaşır

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Xankəndidə Şəhər Gününə həsr olunmuş konsert keçirilib

Bugün, 18:18
News thumbnail
Bugün
iqtisadiyyat

Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub - VİDEO

Bugün, 18:17
News thumbnail
Bugün
iqtisadiyyat

“Alban əlifbası Maştotsdan əvvəl yaranıb”

Bugün, 18:13
News thumbnail
Bugün
siyaset

Xocavənd Şəhəri Günü qeyd olunub - FOTO

Bugün, 18:12

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Bu il Ağdam şəhərində 8 min nəfərin qayıdışı üçün nəzərdə tutulan yaşayış kompleksləri təhvil veriləcək

Bugün, 18:05
News thumbnail
Bugün
siyaset

Emin Hüseynov: İlin sonunadək Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir

Bugün, 18:01
News thumbnail
Bugün
siyaset

Lüksemburq dron aşkarlanması fonunda təhlükəsizlik tədbirlərini gücləndirir

Bugün, 17:56
News thumbnail
Bugün
siyaset

Qətər XİN husilərin Səudiyyə Ərəbistanına hücumlarını qətiyyətlə pisləyib

Bugün, 17:51
News thumbnail
Bugün
siyaset

Pentaqon istədi, Tramp razılıq verdi: Hərbi kompleks...

Bugün, 17:50
News thumbnail
Bugün
siyaset

Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb

Bugün, 17:44
News thumbnail
dunya

Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır

News thumbnail
dunya

“Şahid”lərə görə Ukraynanın raketləri tükənib - Krivolap