
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın Şimal-qərb bürosunun məlumatına görə, rayon mərkəzinə bitişik Qazangül qəsəbəsi ərazisində bir neçə gün əvvəl gecə saatlarında ayı balasının küçədə qaldığı yerli sakinlər tərəfindən telefon vasitəsi ilə çəkilib.
Sakinlərin sözlərinə görə, ayı balası dağlıq-meşəlik əraziyə qaçaraq gözdən itib.
Qazangül qəsəbə sakinlərinin Hüquqinfo.az-nın yerli bürosuna verdiyi məlumata əsasən, sentyabr ayının birinci ongünlüyündə Qazangül qəsəbəsinin inzibati ərazisində qəsəbə sakinlərindən birinə məxsus bağda da ayı görünüb.
Qeyd edək ki, Qazangül qəsəbəsi Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Qəsəbənin şimal-qərb hissəsi dağlıq-meşəlik ərazidir.










