Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Pezeşkian Nyu-Yorka gedir--:--
News
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb ...--:--
News
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanı...--:--
News
Əldə bir qədəh şərab...--:--
News
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi--:--
News
Pezeşkian Nyu-Yorka gedir--:--
News
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb ...--:--
News
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanı...--:--
News
Əldə bir qədəh şərab...--:--
News
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

“Alban əlifbası Maştotsdan əvvəl yaranıb”

Bugün, 18:13
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Hüquqinfo.az” xəbər verir ki, bunu Hüquqinfo.az-ya açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, Qafqaz Albaniyasının xristian irsinin müəyyənləşdirilməsində əsas elmi meyar odur ki, Alban avtokefal kilsəsi mövcud olub: “Bu kilsə xristian dünyasının ən qədim kilsələrindən biridir və Alban kilsəsinin yaradıcıları da İsa peyğəmbərin həvariləri və həvarilərin buraya gələn nümayəndələri hesab olunur. Ona görə, məsələn, erməni və digər kilsələrdən fərqli olaraq, Alban kilsəsi birbaşa Yerusəlimə tabe idi. Yəni birbaşa İsa peyğəmbərin həvarilərinin qurduğu kilsəyə tabe idi. Buna görə də Alban kilsəsi xristian dünyasında çox nüfuzlu və mötəbər kilsə idi. Yerusəlim şəhərində xeyli monastır, hətta xüsusi Alban məhəlləsi də var idi. Orada on kilsə var idi. Bunlar V, VI, VII əsrlərə aid kilsələrdir. Musa Kalankatlı “Alban tarixi” əsərində bu kilsələrin yerini və təyinatını göstərib. Ümumiyyətlə, Musa Kalankatlının kitabı bizim üçün əsas mənbədir və başqa mənbələr də var”.

O bildirib ki, ikinci ciddi mənbə 1970-ci illərdə Misirdə, Sinay yarımadasında yerləşən Müqəddəs Katerina kilsəsində tapılan əlyazmalardır: “Bu kilsə, ümumiyyətlə, xristian dünyasının ən qədim kilsələrindən biridir, pravoslav etiqadına aid olan qədim kilsələrdəndir. Burada əlyazmalar fondunda çoxlu kitablar saxlanılır və Alban palimpsesti və yaxud Alban leksikonari adlanan bir əlyazma tapılıb. Bu istiqamətdə sovet vaxtı ciddi araşdırmalar aparılırdı. Bu işi tanınmış gürcü professoru Zaza Aleksidze aparırdı. Sonradan bir qrup xarici, Avropa alimlərinin tədqiqatlarının nəticəsində bəlli olur ki, Alban əlifbası heç də erməni əlifbasından, Mesrop Maştots tərəfindən yaranmayıb. Daha qədimdir, hələ Mesrop Maştots doğulmamışdı. Albanların öz əlifbası və dini kitabları var idi və bu, tapılan leksikonari idi. Məsələn, Ermənistanda o dövrə, yəni IV-V əsrlərə aid leksikonari yoxdur. Uzun müddət ibadət olunmalıdır ki, leksikonari dini kitab kimi tam formalaşsın. Bu, bir də bizə təsdiq edir ki, Alban kilsəsi erməni kilsəsindən daha qədimdir. Onu da qeyd edim ki, “Qafqaz Albaniyası” anlayışı bizdə yox idi. Bu, Avropada XIX əsrdə meydana gələn termindir. Biz bu dövlətin və ərazinin adını Aran adlandırırdıq. Bütün qədim mənbələrdə də Aran adı gedir. Bizim dildə indi müəyyən qədər bu söz qalıb”.

O deyib ki, alban dövrünə aid abidələrin sayı-hesabı yoxdur: “Elə Qarabağda təxminən 900-ə yaxın kilsə və monastır Alban dövrünə aiddir. Bunların içində ən mühümü, sözsüz ki, Gəncəsər monastırıdır. Alban patriarxlığı burada yerləşirdi. Xudavəng monastırı da çox əhəmiyyətlidir və ən qədimi olan Xocavənd rayonundakı Ağoğlan (ermənilər Amaras deyirlər) məbədi idi. Yəni bütün xristian dünyası üçün bu kilsələrin müstəsna rolu və çəkisi var. Bütün xristian dünyası onları tanıyır.

Yəni bunlar təkcə Qarabağ və yaxud Qafqaz üçün yox, bütün xristian dünyası üçün mühümdürlər. Göyçə mahalında da Alban kilsələrinin adlarını çəkə bilərik. Məsələn, Axbat kilsəsi, Sənayin kilsəsi, Qıpçaxavəng kilsəsi var. İndi ermənilər onun adını dəyişib, “Aricə” ediblər.

Qafqaz Albaniyası dövlətinin ərazisi həm Azərbaycanı, həm Cənubi Dağıstanı, həm müasir Gürcüstanın böyük bir hissəsini, həm də indiki Ermənistanın böyük bir ərazisini əhatə edirdi. Əfsuslar olsun, ermənilər tərəfindən bu ərazilərdə faktiki olaraq Alban kilsələri ya dağıdılıb, ya da mənimsənilib.

Hələ də bizdə bu məsələ ilə bağlı geniş tədqiqatlar yoxdur. Azərbaycan elmi və ekspertləri hələ ki böyük iş görməlidirlər ki, bu məsələlər üzərində arxeoloji işlər aparılsın, daha dəqiq məlumatlar toplansın. Bu abidələrin məhv olunması təsadüfi deyil. Alban kilsəsi zəifləyəndən sonra tədricən bu regionda erməniləşmə gedib. VIII əsrdən sonra tədricən Alban dövləti və kilsəsi güclənir, sonra tədricən zəifləyir. XVI-XVII əsrlərdə çox zəifləyir və erməni kilsəsi Alban patriarxlığını özünə tabe etməyə çalışır. Sonradan Çar Rusiyası gəlir, XIX əsrdə Alban kilsəsini tamamilə ləğv edir və bütün məbədləri, yazıları və camaatları, Alban camaatını təqib edir, erməni kilsəsinə tabe edir”.

Onun sözlərinə görə, Alban memarlığına bizim dildə Aran memarlığı deyilir: “İstər xristianlıq dövründə, istər İslam dövründə Gəncə, Bərdə, Qəbələ istiqamətində əsas üslub Aran memarlığı, Aran memarlıq məktəbi idi. Burada xüsusi qırmızı kərpicdən istifadə edilməsi, kilsələrin tağvari forması başqa xalqların kilsələrindən fərqlənir. Alban kilsələrində giriş qapısı çox aşağı olur ki, əyilib, təzim edərək keçəsən və altar hissəsi də çox fərqlənir. Altar hissəsi şərq tərəfə baxır. Yəni bunu tipik olaraq memarlar sırf Aran memarlıq üslubunu başqasından çox gözəl ayıra bilirlər”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub - VİDEO

News thumbnail
iqtisadiyyat

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib - RƏY

News thumbnail
iqtisadiyyat

Moskvada “Sadovod” bazarı dron hücumuna məruz qalıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Prezidentin nümayəndəsi Xocavəndə qayıdanların sayını

Bugün, 18:45
News thumbnail
Bugün
dunya

İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib

Bugün, 18:44
News thumbnail
Bugün
siyaset

Qətərdən husilərin hücumu ilə bağlı - Bəyanat

Bugün, 18:35
News thumbnail
Bugün
cemiyyet

İtaliya niqabı qadağan edir, məktəblərdə xarici şagirdlərin sayını azaldır

Bugün, 18:31

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib

Bugün, 18:26
News thumbnail
Bugün
son xeberler

“İstədim ki, muğamı bir az gəncləşdirim”

Bugün, 18:25
News thumbnail
Bugün
siyaset

Ağdam sakinlərinə xoş xəbər: İlin sonuna kimi...

Bugün, 18:24
News thumbnail
Bugün
son xeberler

Xankəndidə Şəhər Gününə həsr olunmuş konsert keçirilib

Bugün, 18:18
News thumbnail
Bugün
iqtisadiyyat

Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub - VİDEO

Bugün, 18:17
News thumbnail
Bugün
siyaset

Xocavənd Şəhəri Günü qeyd olunub - FOTO

Bugün, 18:12
News thumbnail
iqtisadiyyat

"Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi gücünü siyasi və hərbi gücə çevirdi - RƏY

News thumbnail
iqtisadiyyat

Balaxanı neftçiləri peşə günləri münasibəti ilə mükafatlandırıldı