
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Hüquqinfo.az-ya açıqlamasında deyib.
O, forumun təşkilindən, iştirakçıların sayından və müzakirə olunan mövzulardan məmnunluğunu ifadə edib:
“İkinci forumun təşkilindən çox təsirləndim. Məkan möhtəşəmdir, iştirakçılar da çoxdur. Kiçik və böyük investorları görürəm. Dünəndən bu günə qədər çoxsaylı sazişlərin imzalanması göstərir ki, tədbirə böyük hazırlıq görülüb”.
Soave panel müzakirələrində Orta Dəhliz və onun yaratdığı investisiya imkanlarına xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, burada nəqliyyatla yanaşı, enerji, bağlantı, süni intellekt və informasiya texnologiyaları kimi müxtəlif sahələr üzrə investisiyaların bir-biri ilə əlaqələndirilməsi maraq doğurur.
UN-Habitat rəsmisi turizmin Azərbaycanda böyük inkişaf potensialına malik olduğunu vurğulayıb:
“UN-Habitat olaraq turizm sahəsində maraqlı tərəflərlə işləməkdə çox maraqlıyıq, çünki hesab edirik ki, turizmin bu ölkədə böyük inkişaf potensialı var”.
O qeyd edib ki, Azərbaycanda artıq geniş tanınan və uğurlu turizm məkanları mövcuddur. Bununla yanaşı, diqqətə layiq yüzlərlə digər məkanın olduğunu bildirib.
“Bu məkanların bir çoxu bağlantı imkanlarının yaxşılaşdırılması, tarixi binaların yeni məqsədlərlə istifadəsi və abidələrin bərpası vasitəsilə diqqətə layiqdir. Düşünürəm ki, bu, iqtisadiyyatın şaxələndirilməsi üçün çox effektiv istiqamətə çevrilə bilər”.









