Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Latviyada Anım Gününün ildönümünə həsr edilmiş tədbir k...--:--
News
Yubiley Azərbaycan Qran-Prisinin açılış mərasimi keçiri...--:--
News
Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevr...--:--
News
1676-cı gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
“Hər dialoqdan sonra sanksiya və zərbələr artır”--:--
News
Latviyada Anım Gününün ildönümünə həsr edilmiş tədbir k...--:--
News
Yubiley Azərbaycan Qran-Prisinin açılış mərasimi keçiri...--:--
News
Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevr...--:--
News
1676-cı gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
“Hər dialoqdan sonra sanksiya və zərbələr artır”--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Forum çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzaladı

Bugün, 14:26
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.

Axar.az xəbər verir ki, SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq.

Mərasimdə SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı mübadilə edilib. Yatağın tammiqyaslı işlənməsi üzrə görüləcək işlər çərçivəsində əlavə quyuların qazılması, eləcə də yeni emal infrastrukturunun yaradılması yatağın resurs potensialının səmərəli işlənməsinə və ümumi hasilat əmsalının qabaqcıl beynəlxalq qaz layihələri ilə oxşar səviyyəyə çatdırılmasına imkan verəcək.

SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi üzrə tərəflər “Comstock”un iştirak payına aid olan və “Haynesville” şist aktivlərindən hasil edilən təbii qazın mayeləşdirilərək (LNG) SOCAR tərəfindən ABŞ-dan kənar beynəlxalq bazarlarda satış imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq edəcəklər. Şirkətlər potensial alıcıların müəyyənləşdirilməsi, qiymət formalaşdırma mexanizmlərinin dəyərləndirilməsi, eləcə də bu cür beynəlxalq satış mexanizmləri ilə bağlı logistika və tənzimləyici məsələlərə diqqət ayıracaqlar.

SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu “Apollo”nun idarə etdiyi fondlar tərəfindən SOCAR-ın “upstream” işlənmə və hasilat layihələrindəki paylarına mümkün investisiyanın qiymətləndirilməsi və strukturlaşdırılması, bu məqsədlə birgə işçi qrupların yaradılması, hüquqi, maliyyə və texniki yoxlamanın aparılması və yekun sazişlərin hazırlanması məsələlərini nəzərdə tutur.

SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz və LNG təchizatı, enerji infrastrukturu layihələrinin birgə inkişafı, hasilat layihələrinə investisiyalar, habelə enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş şirkətlər arasında gələcək əməkdaşlığın çərçivələrini müəyyənləşdirir. Sənəd təbii qaz üzrə uzunmüddətli tərəfdaşlığı, eləcə də bununla əlaqədar infrastruktur və tənzimləyici məsələləri nəzərdə tutur. Tərəflər enerji keçidi, habelə hidrogen və onun törəmələri üzrə elmi-texniki məsələlər ilə bağlı da əməkdaşlıq edəcəklər.

Azərbaycanda “Oracle Alloy” platformasının tətbiqi ilə bağlı sənədə görə isə “Caspian Mind AI” Azərbaycanda Oracle Alloy operatoru olacaq və bu, şirkətə yerli səviyyədə idarə olunan bulud infrastrukturu vasitəsilə suveren “Oracle” bulud infrastrukturu xidmətləri təqdim etməyə imkan verəcək. “Caspian Mind AI” “Oracle”ın bulud texnologiyalarından və əməliyyat təcrübəsindən yararlanmaqla müştərilərlə münasibətləri, satış proseslərini və müştəri dəstəyinin müəyyən istiqamətlərini idarə edəcək.

Tədbir çərçivəsində SOCAR ilə İtaliyanın Eni S.p.A. şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının əldə olunması Əməliyyatının Tamamlanmasına dair Protokol da mübadilə edilib. Əməliyyatın tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25%, “Vitol” üzrə 30%, “Petroci” üzrə 22,75% və SOCAR üzrə 10% təşkil edir. Bu satınalma SOCAR-ın Afrikanın “upstream” sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal “upstream” fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı

News thumbnail
iqtisadiyyat

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

News thumbnail
iqtisadiyyat

AIIF 2026 başa çatdı

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanıldı

Bugün, 14:51
News thumbnail
Bugün
siyaset

Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirilib

Bugün, 14:47
News thumbnail
Bugün
iqtisadiyyat

Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı

Bugün, 14:47
News thumbnail
Bugün
siyaset

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Bugün, 14:42

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

Bugün, 14:40
News thumbnail
Bugün
iqtisadiyyat

AIIF 2026 başa çatdı

Bugün, 14:39
News thumbnail
Bugün
idman

Qazaxıstan Şahmat Federasiyasının rəhbəri FIDE-nin prezidenti seçilib

Bugün, 14:38
News thumbnail
Bugün
iqtisadiyyat

Xaricdə iş və müxtəlif vədlərlə 20 min manatdan çox dələduzluq edən şəxs saxlanılıb

Bugün, 14:37
News thumbnail
Bugün
iqtisadiyyat

İnsan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir

Bugün, 14:34
News thumbnail
Bugün
iqtisadiyyat

Forumu başa çatdı: 10,8 mlrd. dollarlıq 23 sənəd imzalandı

Bugün, 14:34
News thumbnail
iqtisadiyyat

Xaricdə iş və müxtəlif vədlərlə 20 min manatdan çox dələduzluq edən şəxs saxlanılıb

News thumbnail
iqtisadiyyat

İnsan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir