










Hüquqinfo.az bildirir ki,
Azərbaycanın “BORAN” bombardir PUA-sı ilk dəfə nümayiş etdirilib. Hüquqinfo.az xəbər verir ki, çəkisi 60 kiloqram olan PUA saniyədə 5-15 metr sürətlə hərəkət edə bilir. PUA-nın yükdaşıma qabiliyyəti 30 kiloqramdır. “BORAN” üçoxlu stabilizasiya sistemi ilə təchiz olunub. Bu sistem PUA-ya güclü külək zamanı tarazlığını qorumağa imkan verir. PUA döyüş zamanı həm yükdaşıma, həm də döyüş əməliyyatlarını yerinə yetirmək qabiliyyətinə malikdir. Həmçinin termal kameralarla təchiz olunub.


