
Hüquqinfo.az bildirir ki,
Altı il əvvəl - 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi 30 ilə yaxın davam edən münaqişənin gedişində həlledici mərhələ oldu.
Onun sözlərinə görə, bu müharibə Azərbaycanın hərbi imkanlarını və uzun illər ərzində formalaşdırdığı hərbi potensialı nümayiş etdirdi:
"Müharibə dövründə Azərbaycan cəmiyyətinin orduya dəstəyi də mühüm ictimai-siyasi amil kimi önə çıxdı. Vətən müharibəsi Azərbaycan cəmiyyətində dövlətçilik, ərazi bütövlüyü və şəhidlərin xatirəsi ilə bağlı həmrəyliyi gücləndirdi. 44 günlük müharibənin nəticələri ölkənin hərbi və diplomatik imkanlarının yeni mərhələyə keçdiyini göstərdi. Eyni zamanda, müasir hərbi texnologiyanın, pilotsuz uçuş aparatlarının, artilleriya və kəşfiyyat imkanlarının birgə tətbiqinin əhəmiyyətini də nümayiş etdirdi".
K.Nurullayeva vurğulayıb ki, sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması müharibədə həyatını itirənlərin xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadələrindən biridir:
Deputat 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları Birgə Bəyannamənin önəminə də toxunub:
"Həmin görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in razılaşdırılmış mətnini parafladılar. Vaşinqton Bəyannaməsində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin qurulması, həmçinin regionda kommunikasiyaların açılması məsələləri vurğulandı. Sənəddə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılması və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi də qeyd olunub".
Onun fikrincə, müharibədən sonrakı mərhələnin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıdışının təmin edilməsidir.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, sosial obyektlərin tikilməsi, əhalinin mərhələli şəkildə geriqayıdışı təmin olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri həm də regionun iqtisadi potensialının yenidən formalaşdırılmasını əhatə edir. Beləliklə, 44 günlük müharibədə Azərbaycanın qazandığı böyük Zəfər sayəsində regionda yeni reallıq yarandı. Bu reallıq isə bütövlükdə regionun təhlükəsizliyinin qarantıdır", - deputat əlavə edib.








