Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini k...--:--
News
“Euronews” Alban-Udi xristianlarının Qarabağda Gəncəsər...--:--
News
“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qa...--:--
News
"Vahid Rusiya" Dumanın sədri vəzifəsinə Volodinin namiz...--:--
News
"Vahid Rusiya" IX çağırış Dövlət Dumasının sədri vəzifə...--:--
News
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini k...--:--
News
“Euronews” Alban-Udi xristianlarının Qarabağda Gəncəsər...--:--
News
“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qa...--:--
News
"Vahid Rusiya" Dumanın sədri vəzifəsinə Volodinin namiz...--:--
News
"Vahid Rusiya" IX çağırış Dövlət Dumasının sədri vəzifə...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Rektor Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan tələbələrlə görüşdü

Bugün, 16:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsinin iştirakçısı və şəhid ailələrinin üzvü olan tələbələrlə görüş keçirilib.

“Qafqqazinfo” xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, dövlət himni səsləndirilib. Ardınca Vətən müharibəsində qazanılan zəfər yolundan bəhs edən videoçarx nümayiş olunub.

Görüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 27 Sentyabr – Anım Gününün Azərbaycanın müasir tarixində müstəsna və şərəfli əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızın uzun illər ərzində gözlədiyi tarixi ədalət bərpa olunub, işğala son qoyulub. Rektor müharibədə şəhidlərin fədakarlığını, qazilərin qəhrəmanlığını, xalqın həmrəyliyini, Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasəti, peşəkar rəhbərliyini və dəqiq hərbi strategiyanı Qələbəni şərtləndirən əsas amillər sırasında vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, prinsipiallığı, xalqımızı vahid amal uğrunda səfərbər etmək bacarığı və qlobal səviyyəli siyasi xadimliyi ilə beynəlxalq platformalarda Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdiyini xatırladıb. Müharibədən sonrakı dövrdə isə dövlətimizin öz gücü hesabına işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini deyib. Dövlət tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığını söyləyən Yaqub Piriyev BMU-nun da bu istiqamətdə üzərinə düşən məsuliyyəti dərk etdiyini bildirib. Rektor qazilərə, eləcə də şəhid ailələrinin üzvü olan tələbə və əməkdaşlara hər zaman dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. Onların qayğıları ilə maraqlanmağın universitet üçün həm mənəvi borc, həm də böyük şərəf olduğunu diqqətə çatdırıb.

Sonra bu il BMU-dan məzun olan və hazırda universitetin Memarlıq və inşaat fakültəsində çalışan şəhid Osman Manafovun həyat yoldaşı Aysel Manafova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və həssas münasibətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Eyni zamanda, BMU-da təhsil aldığı müddətdə daim bu qayğını öz üzərində hiss etdiyini deyib. O, şəhid ailələrinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm nümunə olduğunu qeyd edib, belə görüşlərin əhəmiyyətini vurğulayıb.

BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi, 19 yaşında Azərbaycan Respublikasının ən ali hərbi təltifi olan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş Azər Abdullazadə isə çıxışında keçdiyi döyüş yolundan və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbədən sonra gənclərin üzərinə düşən məsuliyyətdən söz açıb. Həmçinin tələbələrin təhsil alaraq bilik və bacarıqlarını artırmaqla ölkənin gələcək inkişafına töhfə verməsinin vacibliyini ifadə edib.

BMU-da bakalavr təhsili alan, hazırda isə universitetin “İnsan resursları” ixtisası üzrə I kurs magistrantı, Vətən müharibəsi iştirakçısı Pərviz Əli çıxışında tarixi Qələbəyə gedən yoldan və bu yolda mühüm rol oynayan məqamlardan danışıb. O, həmçinin döyüş zamanı düşmən snayperinin atəşi nəticəsində yaralanmasından sonra yaşadığı çətin anları və həmin dövrdə müəllimlərinin ona göstərdiyi mənəvi dəstəyi bölüşüb. Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən həssas münasibətdən razılığını ifadə edən Pərviz Əli BMU-da bu kateqoriyadan olan tələbələrə göstərilən xüsusi yanaşmanı qeyd edərək universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Görüş zamanı rektor tələbələrlə ayrı-ayrılıqda söhbət edib, onların fikir və təkliflərini dinləyib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

"Vahid Rusiya" IX çağırış Dövlət Dumasının sədri vəzifəsinə Vyaçeslav Volodinin namizədliyini irəli sürüb

News thumbnail
siyaset

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

News thumbnail
siyaset

"FAKTI" Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: "Bu, absurddur"

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

Bugün, 16:58
News thumbnail
Bugün
siyaset

Deputat: Metallurgiya sənayesinə dair Dövlət Proqramı ölkənin ixrac imkanlarının artmasına töhfə verəcək

Bugün, 16:58
News thumbnail
Bugün
siyaset

Azərbaycan Qvineya-Bisau, Palau və Dominikan Respublikasına texniki yardım göstərəcək

Bugün, 16:56
News thumbnail
Bugün
huquq

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bugün, 16:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Adil Kərimli Naxçıvan şəhərində vətəndaşları qəbul etdi

Bugün, 16:55
News thumbnail
Bugün
cemiyyet

Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul etdi

Bugün, 16:55
News thumbnail
Bugün
siyaset

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Bugün, 16:54
News thumbnail
Bugün
siyaset

Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olunub

Bugün, 16:53
News thumbnail
Bugün
dunya

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Bugün, 16:53
News thumbnail
Bugün
siyaset

"AzərGold": Dövlət Proqramı çərçivəsində 4 əsas strateji layihənin dəyəri 60,4 milyard manatdır

Bugün, 16:53
News thumbnail
siyaset

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

News thumbnail
siyaset

Deputat: Metallurgiya sənayesinə dair Dövlət Proqramı ölkənin ixrac imkanlarının artmasına töhfə verəcək