








Hüquqinfo.az bildirir ki,
Səudiyyə Ərəbistanında Məkkə və Ciddə başda olmaqla, bir sıra bölgələrdə fövqəladə vəziyyət elan edilib.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, Məkkə əl-Mükərrəmə, Ciddə, Taif, Yanbu və Tabuk şəhərlərində baş verə biləcək fövqəladə vəziyyətlərlə bağlı xəbərdarlıq edilib.
Bölgə sakinlərinə insanların həyat və əmlak təhlükəsizliyinin qorunması məqsədilə Mülki Müdafiə qüvvələrinin təlimatlarına əməl etmək, toplanma məntəqələrindən uzaq durmaq və görüntü çəkməmək çağırışı edilib.
Qeyd edək ki, daha əvvəl Səudiyyə hava hücumundan müdafiə qüvvələri Məkkə istiqamətində uçan husilərə aid PUA-nı məhv etdiyini demişdi. Husi “rəsmiləri” Məkkəyə hücum iddialarını təkzib etmişdi.










