Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Veteran cüdoçumuz dünya çempionu oldu--:--
News
Bu ölkədə niqab qadağan edilir--:--
News
Hakim partiya Rusiya Dövlət Dumasına seçkilərdə 57%-dən...--:--
News
Netanyahu Trampı bataqlığa sürükləyib - Rzayi--:--
News
ABŞ Yaxın Şərqdə artan gərginliklə əlaqədar bölgədəki v...--:--
News
Veteran cüdoçumuz dünya çempionu oldu--:--
News
Bu ölkədə niqab qadağan edilir--:--
News
Hakim partiya Rusiya Dövlət Dumasına seçkilərdə 57%-dən...--:--
News
Netanyahu Trampı bataqlığa sürükləyib - Rzayi--:--
News
ABŞ Yaxın Şərqdə artan gərginliklə əlaqədar bölgədəki v...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olunub

Bugün, 21:29
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Serbiyanın paytaxtı Belqradda Şəhər Mədəniyyət Katibliyinin himayəsi altında təşkil edilən "Taste of Planet" beynəlxalq qastronomiya festivalı çərçivəsində Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib.

"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, təqdimat Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə paytaxtın tarixi Kalemeqdan parkında, Barokko qapısı yaxınlığında baş tutub.

Tədbirin açılışında Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə çıxış edərək Azərbaycan mədəniyyətinin, zəngin milli mətbəxinin və qonaqpərvərlik ənənələrinin Serbiya ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətindən danışıb, bu kimi mədəni tədbirlərin xalqlar arasında qarşılıqlı tanışlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. Diplomat eyni zamanda bu gün Azərbaycanda Dövlət Suverenliyi Gününün qeyd olunmasını diqqətə çatdırıb.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Serbiya üzrə koordinatoru Günel Babanlı isə "Ənənəvi Azərbaycan dadları" guşəsində ziyarətçilərə Azərbaycan xalqının süfrə mədəniyyəti və qonaqpərvərlik ənənələrini tanıdıb.

Tədbir çərçivəsində Festival iştirakçılarına Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti ilə bağlı videoların təqdimatı ilə yanaşı, fisincan plov, dovğa, qoz küküsü, dolma, paxlava, şəkərbura kimi Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Qeyd edək ki, 2017-ci ildən etibarən Novi Sadda təşkil olunan milli mətbəxlər festivalı bu il ilk dəfə Belqradda keçirilib. "Ukusi sveta na jednom mestu" (Dünyanın dadları bir yerdə) şüarı ilə sentyabrın 18-dən 20-dək davam edən qastronomiya festivalı xalqlar arasında mədəni əlaqələrin inkişafına və ölkələrin zəngin irsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edib.

Festival çərçivəsində Belqrad sakinləri və şəhərin qonaqları müxtəlif ölkələrin səfirliklərinin təqdim etdiyi milli mətbəx nümunələri ilə tanış olmaq, fərqli xalqların kulinariya ənənələrini və mədəniyyətini yaxından kəşf etmək imkanı əldə ediblər.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

ABŞ Yaxın Şərqdə artan gərginliklə əlaqədar bölgədəki vətəndaşlarına xəbərdarlıq edib

News thumbnail
dunya

"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək

News thumbnail
dunya

“Ela” və “Levent”in 18 il sonrakı qarşılaşmaları gündəm oldu

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub

Bugün, 21:33
News thumbnail
Bugün
iqtisadiyyat

Madrid derbisini "Atletiko" qazandı

Bugün, 21:24
News thumbnail
Bugün
dunya

İran ordusu Hörmüz boğazı üzərində “Orbiter” kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb

Bugün, 21:15
News thumbnail
Bugün
idman

Premyer Liqanın Vl turunda "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib

Bugün, 21:14

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Xaçmazdan Bakıya gələn avtobusda yanğın baş verdi

Bugün, 21:12
News thumbnail
Bugün
siyaset

Festivalda Madyarın üzünə içki atıldı

Bugün, 21:02
News thumbnail
Bugün
siyaset

"Fənərbağça" rəqibini darmadağın etdi

Bugün, 21:00
News thumbnail
Bugün
huquq

Madrid debisində “Atletiko” “Real”a qalib gəlib

Bugün, 20:50
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı

Bugün, 20:49
News thumbnail
Bugün
idman

Madrid derbisinin qalibi müəyyənləşib

Bugün, 20:41
News thumbnail
dunya

İran ordusu Hörmüz boğazı üzərində “Orbiter” kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb

News thumbnail
dunya

“Fənərbaxça” rəqibinə göz açmağa imkan vermədi