
Hüquqinfo.az bildirir ki,
BMT-nin mərkəzində dayandığı çoxtərəfli əməkdaşlıq şəbəkələrinin gücləndirilməsində AQEM-in rolu və töhfəsi indi əvvəlkindən daha vacibdir.
Hüquqinfo.az xəbər verir ki, bunu Mərkəzi Asiya üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi Kaha İmnadze Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
O, AQEM-in regionunda əməkdaşlığın genişləndirilməsində bağlantılar mühüm əhəmiyyət daşıdığını deyib:
"Bağlantılar yalnız infrastrukturdan ibarət deyil. Nəqliyyat dəhlizləri, dəmir yolu marşrutları, enerji əlaqələri və rəqəmsal şəbəkələr iqtisadi inteqrasiya ilə yanaşı, açıqlıq və qarşılıqlı fayda prinsipləri əsasında dialoq və daha yaxşı anlaşma üçün də platforma rolunu oynaya bilər".
"Bu kontekstdə BMT-nin Mərkəzi Asiya üzrə Regional Preventiv Diplomatiya Mərkəzi və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşəbbüsü olan, Mərkəzi Asiya üçün terrorizmə dair erkən xəbərdarlıq şəbəkəsi COMTA çərçivəsində AQEM Katibliyi və üzv dövlətlərlə sıx əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm".
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
