
Hüquqinfo.az bildirir ki,
Türkiyə və onun xalqı bütün dövrlərdə tarixin doğru tərəfində dayanaraq qətiyyətlə ədalətsizliyə qarşı çıxıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyası çərçivəsində Nyu Yorkda onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət addım-addım rəsmi Ankaranın əvvəldən tutduğu mövqeyə yaxınlaşır:
“Bu gün biz 190-dan çox ölkənin maraqlarının BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ ilə məhdudlaşdırıldığı BMT sistemindən danışırıq. Belə ədalətsiz struktur qlobal sabitliyi və bəyan edilmiş prinsipləri qorumaq iqtidarında deyil. Əsas məsələ odur ki, dünyanın müxtəlif regionları qlobal proseslərdə layiqli yer tuta bilsinlər”.
“Yalnız beş dövlətin maraqlarını qoruyan model öz yerini bütün ölkələrin gözləntilərinə cavab verən mexanizmlərə verməlidir. Dünyaya yeni “körpülər” lazımdır, “divarlar” yox”.
Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video 24 Sentyabr 20:29
Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi 24 Sentyabr 20:20









