
Hüquqinfo.az bildirir ki,
Fransa Ukraynaya təhvil verdiyi “Mirage 2000” qırıcıları üçün yeni “hava-hava” tipli “MICA” raketləri və 30 mm-lik sursat göndərib.
Hüquqinfo.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr və Veteranlarla İş Nazirliyi məlumat yayıb.
“MICA” raketi MBDA şirkəti tərəfindən hazırlanıb və həm yaxın, həm də vizual görünüş məsafəsindən kənarda hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. Raketin “MICA RF” və “MICA IR” olmaqla iki əsas versiyası var; onlardan biri aktiv radiolokasiya, digəri isə infraqırmızı tuşlama sisteminə malikdir.
“MICA” raketinin çəkisi təxminən 112 kiloqram, maksimal sürəti 4900 km/saata, uçuş məsafəsi isə 60-80 kilometrədəkdir. “Mirage 2000” qırıcıları həmçinin 30 mm-lik DEFA 554 avtomatik toplarla təchiz olunub.










