Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb--:--
News
Beyləqanda minik maşını kanala düşüb, 5 nəfər xəsarət a...--:--
News
Azərbaycan və Fransanın XİN başçıları görüşüb--:--
News
Azərbaycan və Belarus XİN-ləri arasında 2027–2028-ci il...--:--
News
Azərbaycan - Tacikistan matçına start verilib - YENİLƏN...--:--
News
Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb--:--
News
Beyləqanda minik maşını kanala düşüb, 5 nəfər xəsarət a...--:--
News
Azərbaycan və Fransanın XİN başçıları görüşüb--:--
News
Azərbaycan və Belarus XİN-ləri arasında 2027–2028-ci il...--:--
News
Azərbaycan - Tacikistan matçına start verilib - YENİLƏN...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

"Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib

Bugün, 19:21
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Global Media Group" və "Hüquqinfo.az" İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini tamaşaçılara təqdim edib.

Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.

44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.

"Vətən daşı" filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.

Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.

"Nizami" Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı filmin ideyası, yaranma tarixi və cəmiyyətə ötürdüyü mesajlar barədə məlumat verilib.

Qeyd edək ki, "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumatı www.gmg.az veb-saytı və şirkətin sosial media səhifələrindən (Facebook | Instagram | LinkedIn | YouTube) əldə edə bilərsiniz.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: Şərtlərimiz yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq

News thumbnail
dunya

“İran ABŞ-yə baş əyməyəcək”

News thumbnail
dunya

BMT-yə üzv olan 51 ölkə Ukraynanın şərtsiz atəşkəsə razı olduğu bildirib, Rusiyanı atəşkəsə çağırıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Niderland "Avroviziya-2027"də iştirak edəcək

Bugün, 19:50
News thumbnail
Bugün
dunya

“İran ABŞ-yə baş əyməyəcək”

Bugün, 19:50
News thumbnail
Bugün
dunya

BMT-yə üzv olan 51 ölkə Ukraynanın şərtsiz atəşkəsə razı olduğu bildirib, Rusiyanı atəşkəsə çağırıb

Bugün, 19:47
News thumbnail
Bugün
siyaset

Səfir: Azərbaycan və Səudiyyə Ərəbistanının ticarətin artırılması üçün potensialı var

Bugün, 19:47

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

“Həmin ailələrin qovuşdurulmasında növbəti addımlar atırıq”

Bugün, 19:45
News thumbnail
Bugün
siyaset

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib - FOTO

Bugün, 19:44
News thumbnail
Bugün
cemiyyet

Gəncədə güllələnmə: yaralı var

Bugün, 19:44
News thumbnail
Bugün
dunya

Bəqai: İranın şərtləri aydın və şəffafdır

Bugün, 19:43
News thumbnail
Bugün
siyaset

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bugün, 19:36
News thumbnail
Bugün
son xeberler

Şahin Mustafayev: Azərbaycan və Çin arasında tranzit yük daşımaları 8% artıb

Bugün, 19:31
News thumbnail
dunya

“Həmin ailələrin qovuşdurulmasında növbəti addımlar atırıq”

News thumbnail
dunya

Bəqai: İranın şərtləri aydın və şəffafdır