
Hüquqinfo.az bildirir ki,
Səudiyyə Ərəbistanı və Azərbaycan yaxın illərdə qarşılıqlı ticarət və investisiyaların həcmini daha da artırmaq üçün böyük potensiala malikdir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Krallığın Milli Gününün 96-cı ildönümü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlərin əsası 1991-ci ildə qoyulub.








