Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilə...--:--
News
Rusiyalı turistə Bakıda belə jest etdilər - Video--:--
News
Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsin...--:--
News
Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riya...--:--
News
BMT-nin kürsüsünə Xameneinin şəkli ilə çıxdı--:--
News
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilə...--:--
News
Rusiyalı turistə Bakıda belə jest etdilər - Video--:--
News
Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsin...--:--
News
Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riya...--:--
News
BMT-nin kürsüsünə Xameneinin şəkli ilə çıxdı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib - FOTO

Bugün, 19:44
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bu gün Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Səudiyyə Ərəbistanı Krallığının 96-cı Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Hüquqinfo.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri. iş adamları, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli krallığın yaranmasından və onun 96 il ərzində keçdiyi yoldan danışıb.

"Səudiyyə Ərəbistanı Krallığı qlobal miqyasda mühüm və nüfuzlu dövlətdir. O, G20 (Böyük İyirmilik) qrupunun üzvü, qlobal enerji bazarlarında təsirli gücdür, həmçinin qlobal iqtisadi sabitliyin dəstəklənməsində və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində öz liderliyini davam etdirir", - səfir deyib.

Ölkələr arasında əlaqələrdən danışan səfir bildirib ki, bu dost əlaqələri ildən-ilə daha da inkişaf edir, möhkəmlənir, hər iki ölkəyə sərmayələr yatırılır.

Tədbirdə çıxış edən Baş nazirin müavini Samir Şərifov isə bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verir və ölkələr arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir:

"Bu baxımdan, Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən yaradılmış Birgə Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayır. Birgə Komissiya dövlət başçıları tərəfindən əməkdaşlığın gələcək inkişafı ilə bağlı verilən tapşırıqların həyata keçirilməsini təmin edən səmərəli mexanizmlərdən biridir".

Samir Şərifov hazırda Komissiyanın növbəti iclasına hazırlıq aparıldığını, Azərbaycan tərəfinin ev sahibliyi edəcəyi 9-cu iclasın bu ilin sonunda baş tutacağını və əməkdaşlığa keyfiyyətcə yeni məzmun qazandıracağını qeyd edib.

"Həmçinin xüsusi vurğulamaq istərdim ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərara əsasən, 2026-cı ilin fevralından etibarən Səudiyyə Ərəbistanının adi pasportlarına malik vətəndaşları ilkin olaraq bir il müddətinə Azərbaycana vizasız səfər edə bilərlər. Qarşılıqlı səfərlərin asanlaşdırılmasına yönəlmiş daha geniş praktiki tədbirləri həyata keçirməyə hazırıq", - o bildirdi.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır

News thumbnail
siyaset

Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək

News thumbnail
siyaset

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: Şərtlərimiz yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq

Bugün, 19:59
News thumbnail
Bugün
siyaset

Azərbaycan–Serbiya strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Bugün, 19:58
News thumbnail
Bugün
siyaset

Pezeşkian Trampın dünənki çıxışına toxunub: Biz dialoqa hazırıq, amma güc dilini qəbul etməyəcəyik

Bugün, 19:55
News thumbnail
Bugün
siyaset

Arif Məmmədov və Dimitrios Kuretas əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Bugün, 19:53

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda

Bugün, 19:53
News thumbnail
Bugün
son xeberler

Niderland "Avroviziya-2027"də iştirak edəcək

Bugün, 19:50
News thumbnail
Bugün
dunya

“İran ABŞ-yə baş əyməyəcək”

Bugün, 19:50
News thumbnail
Bugün
dunya

BMT-yə üzv olan 51 ölkə Ukraynanın şərtsiz atəşkəsə razı olduğu bildirib, Rusiyanı atəşkəsə çağırıb

Bugün, 19:47
News thumbnail
Bugün
siyaset

Səfir: Azərbaycan və Səudiyyə Ərəbistanının ticarətin artırılması üçün potensialı var

Bugün, 19:47
News thumbnail
Bugün
dunya

“Həmin ailələrin qovuşdurulmasında növbəti addımlar atırıq”

Bugün, 19:45
News thumbnail
siyaset

Azərbaycan və Fransanın XİN başçıları görüşüb

News thumbnail
siyaset

Azərbaycan və Belarus XİN-ləri arasında 2027–2028-ci illər üçün əməkdaşlıq planı imzalanıb