Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların əs...--:--
News
"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqla...--:--
News
Brüssel Vaşinqtonun Avropaya dizel ixracını məhdudlaşdı...--:--
News
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xə...--:--
News
HÜQUQİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ--:--
News
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların əs...--:--
News
"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqla...--:--
News
Brüssel Vaşinqtonun Avropaya dizel ixracını məhdudlaşdı...--:--
News
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xə...--:--
News
HÜQUQİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Şəhid ailəsi niyə 6 ildir evsizdir?

Bugün, 14:50
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Çox çətin sosial şəraitdə yaşayırıq. İki övladımı tək böyüdürəm və kirayə haqqını ödəmək ailəm üçün ciddi yükə çevrilib”.

Bu barədə “Hüquqinfo.az”ya Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Rahil Əkbərovun həyat yoldaşı Sveta Əkbərova müraciət edib.

O bildirib ki, şəhid ailəsi olaraq 6 ildir evsizdirlər: “Mənzil təminatı ilə bağlı müraciət etsək də, hələ də ev sahibi ola bilməmişik. Yoldaşımdan bizə iki əmanət qalıb. Övladlarımız Rəvan və Damla. Mənim istəyim yalnız övladlarımın rahat və təhlükəsiz şəraitdə böyüməsidir. Rəvan və Damla şəhid övladlarıdır. Onların öz evlərində yaşamaq haqqının təmin olunmasını istəyirəm”.

Şəhid xanımının sözlərinə görə, 2020-cildən indiyədək kirayədə yaşayırlar: “Artıq altı ildir ki, iki övladımla birlikdə Bakıda kirayədə yaşayıram. Ailəm üçün hər ay ödənişi etmək çətindir. Öz evimiz olsa, vəziyyət düzələr. Lakin aidiyyəti qurumlara müraciət etsək də, hələ də cavab ala bilməmişik”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən şəhid ailəsi qeydiyyata alınıb: “Rahil Əkbərovun həyat yoldaşı Sveta Mehman qızı Əkbərova Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 6 aprel 2021-ci il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınıb.

Vətəndaş daimi pasport qeydiyyatını Bakı şəhəri, Binəqədi rayonuna dəyişdiyi üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2023-cü il tarixli Sərəncamı ilə əvvəlki növbəlilik tarixi saxlanılmaqla 3 nəfər (özü, oğlu və qızı) ailə tərkibi ilə mənzil növbəliliyi Binəqədi rayonuna keçirilib.

Şəhidimizin həyat yoldaşının mənzillə təmin olunması üçün Agentliyə təqdim etdiyi sənədlərə baxılıb və ailə tərkibi nəzərə alınmaqla ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulub. S.Əkbərovanın sosial məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə əsasən növbəlilik qaydasında baxılacaq”.

Qeyd edək ki, Rahil Əkbərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 26-da Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub.

R. Əkbərov Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavənd” və “Füzuli” medalları ilə təltif edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Rusiyada ayı xokkey məşqçisini öldürdü - Foto

News thumbnail
dunya

Azərbaycanın Zəfəri regionda yeni siyasi və təhlükəsizlik reallığı formalaşdırdı - RƏY

News thumbnail
dunya

Ukraynadan Rusiyanın cənub bölgələrinə gecə hücumu...

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək

Bugün, 15:29
News thumbnail
Bugün
siyaset

Baş nazir: 2027-ci il büdcəsində ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq

Bugün, 15:29
News thumbnail
Bugün
iqtisadiyyat

Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün 3,4 milyard manat ayrılacaq

Bugün, 15:26
News thumbnail
Bugün
siyaset

Əli Əsədov: Geosiyasi proseslər 2027–2030-cu illər üçün yeni strateji hədəflər formalaşdırır

Bugün, 15:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Bu ölkə də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı

Bugün, 15:24
News thumbnail
Bugün
dunya

Azərbaycanın Zəfəri regionda yeni siyasi və təhlükəsizlik reallığı formalaşdırdı - RƏY

Bugün, 15:23
News thumbnail
Bugün
siyaset

Baş nazir: Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir

Bugün, 15:22
News thumbnail
Bugün
siyaset

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub

Bugün, 15:22
News thumbnail
Bugün
iqtisadiyyat

Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"

Bugün, 15:19
News thumbnail
Bugün
son xeberler

Polşada abbatlığa hücum zamanı keşiş öldürülüb, yaralılar var

Bugün, 15:18
News thumbnail
dunya

Moskvadakı universitetlər bomba xəbərdarlığına görə təxliyə olunur

News thumbnail
dunya

Polşada Ukrayna vətəndaşı monastırda keşişlərə bıçaqla hücum edib, ölən və yaralananlar var