Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub

Bugün, 15:22
News thumbnail

Hüquqinfo.az bildirir ki,

2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Hüquqinfo.az-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozlarına həsr olunmuş iclasda bildirib. Baş nazir deyib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları Nazirlər Kabinetinə təqdim edilib.

“Bugünkü iclasımızın gündəliyində bu layihələri ətraflı müzakirə edəcəyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, çoxşaxəli diplomatik fəaliyyət ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır. Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl sülh gündəliyini irəli aparmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışı, iqtisadiyyatın şaxələndirilməsini və ölkənin uzunmüddətli inkişafını əsas prioritetlər sırasında saxlayır. 2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır. Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir. Qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir. Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir. Bu baxımdan, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun əsasında hazırlanmış “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Sözügedən sənədlər uğurla icra olunur və cari il Strategiyanın həyata keçirilməsinin son ilidir. 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Son dövrdə cənab Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözləniliкr”, - deyə Baş nazir qeyd edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü

News thumbnail
siyaset

Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər

News thumbnail
siyaset

Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Bugün, 16:19
News thumbnail
Bugün
son xeberler

Məkkədə hücum xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Bugün, 16:17
News thumbnail
Bugün
siyaset

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur

Bugün, 16:15
News thumbnail
Bugün
iqtisadiyyat

Almaniya Azərbaycandan 450 min tona yaxın neft tədarük edib

Bugün, 16:14

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Professor: Dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir - RƏY

Bugün, 16:14
News thumbnail
Bugün
iqtisadiyyat

“Expressbank” sahibkarlara 100 000 AZN-dək mikrokredit təklif edir

Bugün, 16:11
News thumbnail
Bugün
dunya

Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Bugün, 16:11
News thumbnail
Bugün
dunya

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
dunya

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
siyaset

Rektor Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan tələbələrlə görüşdü

Bugün, 16:05
News thumbnail
siyaset

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur

News thumbnail
siyaset

Rektor Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan tələbələrlə görüşdü