
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüş zamanı İran ətrafındakı münaqişə ilə bağlı çox yaxında müəyyən “hadisələrin” baş verəcəyini bəyan edib.
“Hüquqinfo.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında təfərrüatları açıqlamayıb.
“Tezliklə hadisələrin necə cərəyan etməyə başladığını özünüz görəcəksiniz”, – deyə Amerika lideri vurğulayıb.
Qeyd edək ki, “Axios” portalının məlumatına görə, Qətərin bu həftə Vaşinqton və Tehran arasında diplomatik irəliləyiş əldə etmək cəhdləri tərəflərin güzəştə getmək istəməməsi səbəbindən uğursuzluqla nəticələnib.
Danışıqlardakı böhran iki ölkə arasında hərbi əməliyyatların yenidən başlanması riskini kəskin şəkildə artırır. Ekspertlər ehtimal edirlər ki, Tramp noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərindən dərhal sonra İrana qarşı yeni hərbi əməliyyatlara başlaya bilsin.






